Icma.az
close
up
RU
Tramp İrana hücumu niyə gecikdirir? 7 il sonra qəribə vəziyyət

Tramp İrana hücumu niyə gecikdirir? 7 il sonra qəribə vəziyyət

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesin yaxınlığında İrana aid pilotsuz uçuş aparatının aşkar edilərək dərhal zərərsizləşdirilməsi regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da suallar altına salıb.

Hadisə ilk baxışdan taktiki insident kimi görünsə də, ABŞ–İran münasibətlərinin hazırkı həssas mərhələsi fonunda bunun mümkün siyasi və hərbi nəticələri diqqətdən kənarda qala bilməz. Xüsusilə belə epizodların gələcəkdə hərbi eskalasiyaya əsas kimi istifadə edilib-edilməyəcəyi, yaxud əvvəlcədən düşünülmüş təxribat ssenarisinin tərkib hissəsi olub-olmadığı ciddi müzakirə mövzusuna çevrilir.

Bu hadisə İrana mümkün hücum üçün əvvəlcədən hazırlanmış təxribat ola bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, məsələ həm hərbi, həm siyasi, həm də hüquqi ölçüləri olan mürəkkəb bir mövzudur:

“Lakin faktlara və ABŞ-ın indiyə qədər formalaşdırdığı davranış modelinə nəzər salsaq, bir neçə əsas məqamı aydın görmək mümkündür.

Birincisi, bu tip insidentlər ABŞ üçün avtomatik olaraq müharibə səbəbi hesab edilmir. Son illər ABŞ Hərbi Dəniz Qüvvələri İranla bağlı onlarla oxşar hadisə qeydə alıb. Pilotsuz uçuş aparatlarının yaxınlaşması, sürətli katerlərin təxribat xarakterli manevrləri, radar və rabitə sistemləri ilə bağlı riskli davranışlar bu qəbildəndir. Daha konkret nümunə kimi 2019-cu ildə İranın ABŞ-a məxsus yüksək texnologiyalı “Global Hawk” kəşfiyyat pilotsuz aparatını vurmasını göstərmək olar. Bu hadisə texniki və siyasi baxımdan daha ciddi idi. Buna baxmayaraq, ABŞ hücum planı hazırlasa da, Prezident Donald Tramp son anda əməliyyatı ləğv etdi və səbəb kimi insan itkisi riskini göstərdi. Yəni ABŞ-ın hücum niyyəti olsaydı, həmin hadisə dərhal hərbi qarşıdurma ilə nəticələnə bilərdi.

Ümumiyyətlə, bu kimi hallar adətən “force protection” – yəni qüvvələrin müdafiəsi çərçivəsində qiymətləndirilir və yerində neytrallaşdırma ilə yekunlaşır. Bir pilotsuz aparatın vurulması təkbaşına İrana qarşı genişmiqyaslı hücum üçün nə hüquqi, nə də siyasi əsas yaradır. Üstəlik, ABŞ-ın İrana hücum etmək üçün belə zəif əsaslara ehtiyacı yoxdur.

İkincisi, əvvəlcədən planlaşdırılmış təxribat ehtimalı nəzəri olaraq istisna edilmir, lakin bunu sübut etmək olduqca çətindir. Belə iddialar üçün ya konkret kəşfiyyat məlumatları, ya da pilotsuz aparatın mənşəyi, uçuş trayektoriyası və komanda zənciri ilə bağlı açıq dəlillər tələb olunur. ABŞ ordusu adətən bu cür insidentləri ictimailəşdirərkən ehtiyatlı və ölçülmüş dil seçir, onları birbaşa hücum aktı kimi təqdim etmir. Bu da Vaşinqtonun eskalasiyada maraqlı olmadığını göstərir.


Elnur Ənvəroğlu

Üçüncüsü, ABŞ-ın İrana qarşı hücum qərarı bir insident əsasında formalaşmır. Belə qərarlar adətən uzunmüddətli eskalasiya, ABŞ hərbçilərinin ölümü, regional müttəfiqlərə ciddi zərbə, Konqreslə siyasi koordinasiya və beynəlxalq legitimlik kimi amillərin üst-üstə düşməsi ilə verilir. Tək bir dron hadisəsi bu zənciri işə salmaq üçün yetərli deyil.

Dördüncüsü, ABŞ üçün əsas məsələ niyyət və miqyasdır. Əgər insident təsadüfi və ya məhdud riskli hərəkət kimi qiymətləndirilirsə, cavab tədbirləri də məhdud olur. Lakin ardıcıl və koordinasiyalı hücumların tərkib hissəsi kimi dəyərləndirilsə, reaksiya sərtləşə bilər. Hazırkı mərhələdə isə ABŞ daha çox çəkindirmə, qarşısının alınması və siyasi mesaj vermə xəttini seçir.

Nəticə etibarilə, bu tip hadisələr ABŞ üçün “casus belli”, yəni müharibə səbəbi deyil. Onlar daha çox İran–ABŞ münasibətlərində mövcud olan gərginlik fonunda baş verən, lakin idarə olunan riskli insidentlər kimi qiymətləndirilir. Əksinə, ABŞ ordusu bu cür halları operativ şəkildə neytrallaşdırmaqla həm öz qüvvələrini qoruyur, həm də eskalasiyanın qarşısını almağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Fevral 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri