Tramp İrana zərbələr barədə əmri Ankaradan verib
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammitində iştirak edərkən İrana zərbələr barədə əmr verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkə səhifəsində ABŞ administrasiyasındakı mənbələrə istinadla yazıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti iyulun 7-də Ankarada olarkən İrana zərbə endirmək planını təsdiq edib və bununla bağlı əmr verib.
Bildirilir ki, Tramp Ankarada ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ maliyyə naziri Skott Bessent və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynlə müşavirə keçirib.
Qeyd edək ki, dünən gecə Hörmüz boğazı yaxınlığında Qətərə məxsus “Ər-Rukeyyat” adlı neft tankeri vurulub. İran tərəfi neft tankerini xəbərdarlıqlara əməl etmədiyinə görə vurduğunu bildirib. Bundan sonra ABŞ İran ərazisinə zərbələr endirib. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə zərbə endirdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Türkiyədən İrana hücum iddiası Ankaradan cavab gəldi
26 Fevral 2026 14:00
Netanyahu İrana ölüm əmri verib
26 Mart 2026 08:00
Rəsmi Ankaradan İsrailin qərarı barədə BƏYANAT
29 İyun 2026 15:54
ABŞ Türkiyədən İrana hücum etməyi istəyib? Ankaradan AÇIQLAMA
04 Mart 2026 09:12
Tramp İrana qarşı sərtləşir: Yeni zərbə əmri...
09 İyul 2026 10:22
Baxış sayı:139
Bu xəbər 08 İyul 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















