WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 30 oktyabr, AZƏRTAC
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper Prezident Donald Trampa İrana mümkün zərbələrlə bağlı hərbi variantları təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, Ağ Evdə keçirilən görüşdə müdafiə naziri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak ediblər.
Nəşrin fikrincə, Kuperin Trampla şəxsən görüşməsi ABŞ-nin İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatları nəzərdən keçirdiyini göstərə bilər.
WSJ daha əvvəl Vaşinqtonun bəzi Körfəz ölkələrini aralıq konqres seçkilərindən sonra İrana qarşı qısa və intensiv hərbi kampaniyanın mümkünlüyü barədə məlumatlandırdığını yazıb.
Qəzet, həmçinin ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin İran tərəfinə iki ölkə arasında danışıqların keçirilməsini təklif edən məktub göndərdiyini bildirib. “Tasnim” agentliyinin məlumatına görə, İran məktubu alıb, lakin hələ cavab verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Oktyabr 2026 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















