Icma.az
close
up
RU
İsrail ordusu SEPAH generalı Əli Şadmaninin sıradan çıxarıldığını elan edib

İsrail ordusu SEPAH generalı Əli Şadmaninin sıradan çıxarıldığını elan edib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Müdafiə Qüvvələri (İMQ) ötən gecə İrana endirdiyi zərbələr zamanı İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının (Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qüvvələrinin qərargahı) rəisi, İran İnqilabı Keşikçiləri Korpusu generalı Əli Şadmanini öldürüb.

Bizimyol.info xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri İran rejiminin yüksək rütbəli hərbi komandirini öldürüb. Dəqiq kəşfiyyat məlumatları aldıqdan sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bir gecədə Tehranın mərkəzində yerləşən qərargaha hücum edərək hərbi qərargah rəisi, ən yüksək rütbəli hərbi komandir və İran lideri Əli Xamneyinin ən yaxın adamı Əli Şadmanini öldürüblər”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, Şadmani “Hərbi Qərargah rəisi və Silahlı Qüvvələrin Fövqəladə Hallar Komandanlığı vəzifəsini tutub”, həmçinin “İslam İnqilabı Keşikçiləri Korpusuna və İran ordusuna komandanlıq edib”. “Onun tabeliyində olan Xatəmül-Ənbiya Fövqəladə Komandanlığı döyüş əməliyyatlarını idarə etmək və İranın atəş planlarını təsdiqləmək üçün məsuliyyət daşıyıb. O, müxtəlif funksiyaları yerinə yetirərkən İranın İsrail dövlətinə zərbə endirmək planlarına birbaşa təsir göstərib”, - deyə İsrail ordusu əlavə edib.

İMQ-nin mətbuat xidməti: "Əvvəllər yüksəlişdən sonra İran silahlı qüvvələrinin komandanı təyin edilmiş Qulam Əli Rəşid İsrail əməliyyatının ilk zərbəsi zamanı məhv edilib. Sələfinin öldürülməsinə qədər Şadmani Xatəmül-Ənbiya Fövqəladə Hallar Komandanlığı komandirinin müavini və Silahlı Qüvvələrin Baş Qərargahının əməliyyat idarəsinin rəisi vəzifələrində çalışıb”, - deyə qeyd edib.

"Şadmaninin öldürülməsi İranın ali hərbi komandanlığının bir sıra sui-qəsdlərinin davamı idi və İran silahlı qüvvələrinin komandanlıq zəncirinə növbəti zərbə oldu", - deyə İsrail ordusunun mətbuat xidməti bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri