Icma.az
close
up
RU
Tramp: İranla müharibənin bitməsi üçün vaxt çərçivəsi yoxdur

Tramp: İranla müharibənin bitməsi üçün vaxt çərçivəsi yoxdur

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trump İranla müharibənin başa çatdırılması üçün heç bir konkret vaxt çərçivəsi müəyyən etmədiyini bildirib və qərarlarının siyasi motivlərlə bağlı olması iddialarını rədd edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Fox News" kanalına müsahibəsində danışıb, məlumatı isə CNN yayıb.

Trampın sözlərinə görə, nə atəşkəsin müddəti, nə də yeni sülh danışıqları ilə bağlı konkret tarixlər var. O qeyd edib ki, “tələsməyə ehtiyac yoxdur”. Halbuki daha əvvəl o, müharibənin 4–6 həftə davam edəcəyini proqnozlaşdırmışdı, lakin hazırda qarşıdurma artıq yeddinci həftəyə daxil olub.

ABŞ prezidenti həmçinin bildirib ki, bəzi iddiaların əksinə olaraq, o, münaqişəni aralıq seçkilərə görə tez bitirmək istəmir: “İnsanlar deyir ki, mən bunu seçkilərə görə başa çatdırmaq istəyirəm, amma bu doğru deyil”, - deyə o qeyd edib.

Tramp vurğulayıb ki, onun administrasiyası “Amerika xalqı üçün sərfəli razılaşma” əldə etməyə çalışır. Atəşkəsin müddəti qeyri-müəyyən olsa da, Vaşinqtonun Tehrana təzyiqləri davam etdirəcəyi qeyd olunub. Bu çərçivədə o, İran limanlarına tətbiq olunan blokadanın saxlanılacağını açıqlayıb və bunun Tehranın danışıqlara vahid təkliflə qayıtmasına təkan verəcəyini bildirib.

Atəşkəsin uzadılmasından sonra ABŞ administrasiyası İran tərəfindən hələlik heç bir rəsmi cavab almayıb.

İran parlamenti sədrinin müşaviri Mahdi Mohammadi isə Trampın addımlarını “hiyləgər gediş” adlandırıb.

Diplomatik proses də çətinliklərlə üzləşir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İslamabada planlaşdırılan səfərini təxirə salıb. Bu səfərin məqsədi İran nümayəndələrinə təzyiq göstərmək idi, lakin Tehranın reaksiya verməməsi səbəbindən plan baş tutmayıb.

ABŞ kəşfiyyat orqanları isə bildirir ki, İranın hərbi potensialı rəsmi açıqlamalarda göstəriləndən daha yüksək olaraq qalır. Onların məlumatına görə, aprelin əvvəlində atəşkəs başlayarkən İranın arsenalında ballistik raketlərin təxminən yarısı və müvafiq buraxılış sistemləri hələ də mövcud idi.

Bu hadisələr fonunda Tramp Pakistanın baş naziri Şahbaz Şərifin xahişi ilə İranla atəşkəs rejiminin müddətini uzadıb. Lakin İranın nümayəndə göndərməkdən imtina etməsi səbəbindən danışıqların ikinci mərhələsi baş tutmayıb və nəticədə vitse-prezidentin İslamabada səfəri ləğv edilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Aprel 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri