“İranla müzakirələrin çərçivəsi danışıqların ikinci raundunda müəyyənləşəcək” ABŞ rəsmisi
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
“ABŞ və İran arasında danışıqların növbəti raundu çox güman ki, Tehranın nüvə proqramı ilə bağlı müzakirələr üçün çərçivə yaradacaq”.
"AzPolitika" xəbər verir ki, bunu ABŞ dövlət katibinin İran və İraq üzrə köməkçisi Viktoriya Teylor Tehran-Vaşinqton görüşünü şərh edərək bildirib.
O, danışıqların birinci raundunu müsbət və konstruktiv adlandıraraq, "biz hələ ilkin mərhələdəyik, ancaq qarşıdakı müzakirələr bizə gələcək yolu müəyyənləşdirməyə kömək edəcək", - deyib.
"Unutmamaq lazımdır ki, biz İranla onun nüvə proqramı ilə bağlı danışıqlar aparsaq belə, maksimum təzyiq siyasəti qüvvədə qalır”, - deyə, Viktoriya Teylor vurğulayıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:ABŞ rəsmisi: İranla danışıqlara hazırıq
25 Sentyabr 2025 16:19
Yeni beşillik əməkdaşlıq çərçivəsi
31 İyul 2025 12:45
Danışıqların ikinci raundunda Ukraynanın mövqeyi açıqlanıb
01 İyun 2025 18:18
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
30 May 2025 11:46
Piylənmə epidemiyasının vaxt çərçivəsi müəyyən edilib
06 Mart 2025 22:54
Baxış sayı:102
Bu xəbər 17 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















