Tramp İranla sazişin imzalanacağını anons etdi: Tarix açıqlandı
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran arasında tarixi sənədin imzalanması yaxın günlərdə - iyunun 14-nə planlaşdırılıb.
Sherg.az xəbər verir ki, ABŞ lideri bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, sənəd imzalandıqdan dərhal sonra dünya neft ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı gəmiçilik üçün tam açıq olacaq.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, ABŞ təkcə İranla deyil, bütün Yaxın Şərq ölkələri ilə də gələcəkdə məhsuldar əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Xatırladaq ki, iyunun 11-də Tramp ilə Benjamin Netanyahu arasında telefon danışığı baş tutmuşdu. Həmin söhbət zamanı Ağ Ev rəhbəri israilli həmkarına Vaşinqton və Tehranın sülh sazişinin imzalanmasına indiyədək heç vaxt olmadığı qədər yaxın olduqlarını bildirmişdi.
Qeyd edək ki, Trampın bu açıqlaması ABŞ–İran münasibətlərinin gələcəyi və Yaxın Şərqdəki geosiyasi proseslər baxımından böyük maraq doğurur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 13 İyun 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















