Tramp İranla sazişin mümkün bağlanma vaxtını açıqlaydı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp martda İranla saziş bağlamağı planlaşdırdığını bəyan edib.
Milli.Az report-a istinadən xəbər verir ki, Amerika administrasiyasının başçısı bunu Ağ Evdə jurnalistlərə açıqlayıb.
"Yəqin ki, gələn ay ərzində", - o, müvafiq sualı cavablandırıb.
Bununla yanaşı, Tramp danışıqlar pozulsa, İranı ağır mərhələnin gözlədiyini proqnozlaşdırıb.
"İranlılarla mənə lazım olduğu qədər danışacağam. Əgər onlarla sazişə nail ola bilməsək, ikinci mərhələyə keçəcəyik. İkinci mərhələ onlar üçün çox ağır olacaq. Mən bunu istəmirəm", - ABŞ Prezidenti bildirib.
Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar fevralın 6-da Omanda keçirilib. Tramp onları uğurlu adlandırıb və dialoqun davam etdiriləcəyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi də danışıqları müsbət qiymətləndirib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 13 Fevral 2026 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















