Icma.az
close
up
RU
Tramp İsrail və Suriyanı dialoqa yönləndirib

Tramp İsrail və Suriyanı dialoqa yönləndirib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın keçid dövrü lideri Əhməd əl-Şəraa arasında baş tutan təkbətək görüşdən və 1979-cu ildən bəri Dəməşqə qarşı tətbiq olunan sanksiyaların tamamilə aradan qaldırılması qərarından sonra İsrail də Dəməşq ilə bağlı mövqeyini yumşaltmaq qərarına gəlib. İsrail mətbuatının yazdığına görə, Ərəb Respublikasında baş verən hakimiyyət dəyişikliyindən sonra Baş nazir Benyamin Netanyahunun hökuməti qonşu ölkə ilə “İbrahim razılaşmaları” çərçivəsində münasibətlər qurmağa hazırdır.

Ynet portalının mənbələrinin bildirdiyinə görə, İsrail rəhbərliyi Suriyaya münasibətdə kursunu dəyişib. Mənbələrin sözlərinə əsasən, yəhudi dövləti ABŞ Prezidenti Donald Trampın Dəməşqə qarşı sanksiyaları ilkin şərt olmadan ləğv etmək və əlaqələr qurmaq təşəbbüsünü müsbət dəyərləndirib. İsrailin baxışına görə, bu addım Suriyanı xarici güclərin təsirindən qorumaq üçün fürsət yaradır. Ynet-in məlumatına əsasən, Netanyahu hökuməti özü də Dəməşqlə münasibətləri ABŞ-ın himayəsi altında ərəb-yəhudi məsələsini “İbrahim razılaşmaları” çərçivəsində normallaşdırmağa hazırdır.

Mənbələr vurğulayıb ki, ərəb mediasında yayılan məlumatlara əsasən, 2024-cü il dekabrın 8-də hakimiyyətə gələn yeni Suriya hökumətinə qarşı ABŞ sanksiyalarının ləğv edilməsinə İsrail qarşı çıxmayıb, lakin ehtiyatlı mövqe sərgiləyib. “ABŞ-ın öz alternativlərini qiymətləndirərək rasional qərara gəlməsi üçün 6 ay vaxt lazım olub və İsrail bu prosesə heç zaman mane olmayıb,” – deyə Ynet-in mənbələrindən biri qeyd edib. Onun sözlərinə görə, İsrail Suriyada sabitliyin olmasında maraqlıdır və Əl-Şəraa rəhbərliyi ilə münasibətlərin istiləşməsi, İsrail Müdafiə Qüvvələrinin (İDF) Bəşər Əsədin devrilməsindən sonra Suriyanın cənubunda tutduğu mövqeləri tərk etməsi üçün əsas yarada bilər.

İsrailin Suriya ilə bağlı mövqeyini dəyişməsi xəbəri ABŞ Prezidenti Donald Trampın mayın 14-də Səudiyyə Ərəbistanında Suriya lideri ilə keçirdiyi tarixi görüşdən sonra yayılıb. Danışıqlardan sonra Ağ ev rəhbəri bəyan edib ki, Vaşinqton Dəməşqlə münasibətləri normallaşdırmağa və 1979-cu ildən qüvvədə olan sanksiyaları ləğv etməyə hazırdır. Trampın sözlərinə görə, yeni Suriya rəhbərliyi “ölkədə sabitliyi təmin etməyə və sülhü qorumağa qadirdir”.

Ynet-in məlumatına əsasən, bu ay Suriya və İsrail münasibətlərin normallaşdırılmasına dair məxfi danışıqların bir raundunu da keçiriblər. Yəhudi dövləti adından bu məsləhətləşmələrdə İsrail Müdafiə Qüvvələrinin Əməliyyatlar idarəsinin rəhbəri general-mayor Oded Basiuk iştirak edib. Danışıqların aparılması barədə ilk məlumatlar mayın 7-də “Reuters” agentliyinin BƏƏ-nin vasitəçiliyi ilə etimadın qurulmasına yönəlmiş dolayı təmasların başlandığını bildirməsi xəbəri ilə yayılıb.

Siyasi müşahidəçilərin sözlərinə görə, bu yanaşma İsrailin Suriya siyasətində əhəmiyyətli dönüş nöqtəsi hesab oluna bilər. Təbii ki, münasibətlərin yaxın zamanda tam şəkildə normallaşacağını söyləmək çətindir. Lakin istənilən halda İsrailin mövqeyində baş verən dəyişiklik 2 ölkə arasında sərhəd təhlükəsizliyinin təmin olunmasına və Suriyada postmüharibə dövrünün bərpasına müsbət təsir göstərə bilər.

S.ELAY
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri