Tramp İsraildə keçiriləcək seçkilərdə Netanyahunu dəstəkləyib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkilərində Baş nazir Benyamin Netanyahunu dəstəklədiyini açıqlayıb.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti Netanyahunu güclü, cəsarətli və ağıllı lider kimi xarakterizə edib.
“Benyamin Netanyahu böyük müqavimətə, o cümlədən İsrailin öz daxilindən gələn təzyiqlərə qarşı güclü, cəsarətli və ağıllı olub”, – Tramp bildirib.
O qeyd edib ki, Netanyahu ABŞ-nin İsraildən gözlədiyi tərəfdaşdır.
“Bu müraciətim Benyamin Netanyahunun İsrailin Baş naziri vəzifəsinə yenidən seçilməsini tam və qətiyyətlə dəstəklədiyimin ifadəsidir”, – ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.
Bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ölkədə keçiriləcək ilk parlament seçkiləri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 Oktyabr 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















