Icma.az
close
up
RU
Tramp İsrailə “Bütün Bombaların Anası”nı göndərməyə hazırlaşır

Tramp İsrailə “Bütün Bombaların Anası”nı göndərməyə hazırlaşır

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ diplomatik mənbələrinin məlumatına görə, Vaşinqton administrasiyası ən güclü qeyri-nüvə bombalarından biri olan GBU-43/B Massive Ordnance Air Blast (MOAB) bombasını İsrailə göndərməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, 11 ton ağırlığında olan bu nəhəng bomba dərin yeraltı sığınacaqları məhv etmək gücünə malikdir.
Bu inkişaf Trampın Netanyahu ilə görüşündən sonra baş verib. İsrail 2000-ci illərin əvvəllərindən bu bombanı tələb etsə də, Corc Buşdan Co Baydenə qədər heç bir ABŞ prezidenti bu tələbi qəbul etməyib. Tramp da ilk prezidentlik dövründə bu bombanı İsrailə verməyə razı olmadı. Lakin Netanyahu ilə son görüşündən sonra bu qərarın dəyişdiyi görünür.
Bu bombanın İsrailə çatdırılması xüsusilə Qəzza və Yaxın Şərqdə qeyri-mütənasib güc tətbiqi ilə bağlı ciddi suallar yaradır. İsrail MOAB kimi dağıdıcı bombadan kimə qarşı istifadə etməyi planlaşdırır? Qəzzada davam edən hərbi əməliyyatlar zamanı mülki əhalinin itkiləri artıq dünya ictimaiyyətinin böyük tənqidinə səbəb olsa da, belə bir dağıdıcı silahın İsrailə çatdırılması yeni münaqişə dalğasına səbəb ola bilər.
ABŞ-ın bu addımı həm də İsrailin gələcəkdə İrana qarşı hansı strategiyanı izləyəcəyi ilə bağlı mesaj kimi qiymətləndirilir. Bununla belə, İsrailə MOAB kimi böyük dağıdıcı gücə malik bombanın verilməsi təkcə hərbi dəstək məsələsi deyil, həm də regional tarazlığı sarsıda biləcək bir addım kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Fevral 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri