Tramp Kanadaya ABŞın ştatı olmağı təklif etdi Birlikdə böyük bir millət olardıq
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Amerikanın yeni prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonun istefasını elan etməsindən sonra ölkənin 51-ci ştat olaraq ABŞ-a qoşulmağa dəvət edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün "TRUTH Social" sosial şəbəkəsində yazıb.
“Bir çox kanadalılar 51-ci ştat olmaq fikrini bəyənirlər. ABŞ Kanadanı ayaqda saxlayan böyük ticarət kəsirlərinə və subsidiyalara artıq dözə bilməz. Castin Trüdo bunu başa düşdü və buna görə də istefa verdi” - o qeyd edib.
Trampın sözlərinə görə, birləşmə ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavaya onları daim mühasirəyə alan Çin və Rusiya gəmilərinin təhdidlərindən tam təhlükəsizliyə zəmanət verəcək.
"Birlikdə böyük bir millət olardıq!" – Tramp vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 06 Yanvar 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















