Icma.az
close
up
RU
Tramp Kiyevin gözlədiyi açıqlamanı verdi ABŞ bu dəstəyi verməyə hazırdır

Tramp Kiyevin gözlədiyi açıqlamanı verdi ABŞ bu dəstəyi verməyə hazırdır

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya və Ukrayna arasında sülh sazişi imzalandıqdan sonra Avropa təhlükəsizlik qüvvələrinin bu ölkəyə göndərilməsi halında Vaşinqton onların hava dəstəyini təmin etməyə hazırdır.

Tramp bu barədə çərşənbə axşamı televiziya müsahibəsində danışıb. Onun sözlərinə görə, Avropa dövlətləri artıq Ukraynaya öz hərbi kontingentlərini göndərməyə hazırdır:

“Biz onlara kömək etməyə hazırıq, xüsusilə hava məkanına nəzarət məsələsində. Çünki bizim arsenalımızla heç kim rəqabət apara bilməz”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Eyni zamanda, Tramp Amerikanın öz hərbçilərinin Ukraynaya göndərilməsini istisna edib.

“The Wall Street Journal” yazır ki, ABŞ-ın Ukrayna ərazisindən kənarda yerləşən hərbi təyyarələri Avropa kontingentinə hava dəstəyi göstərə bilər. Bundan başqa, ABŞ Ukraynaya yaxın ərazilərdə hava hücumundan müdafiə vasitələri yerləşdirə, hərbi-nəqliyyat təyyarələri ilə Avropa qüvvələrini və texnikasını daşıya bilər.

Xatırladaq ki, ötən həftə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dən Keynə Ukraynada yerləşdirilə biləcək beynəlxalq qüvvələrin dəstəklənməsi üzrə plan hazırlamağı tapşırıb.

Tramp həmçinin bildirib ki, Avropa hərbçilərinin Ukraynada yerləşdirilməsi məsələsində Vladimir Putinin razılığını gözləyir. Bununla yanaşı, Moskva hələ də NATO ölkələrinin qüvvələrinin belə bir əməliyyata cəlb olunmasını qəbuledilməz hesab etdiyini bəyan edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri