Tramp Konqresə basqın edən 1600 nəfəri əfv elədi: Onlar bunu haqq edir
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə ilk iş günündə 6 yanvar 2021-ci ildə onun müdafiəsi üçün Konqresə hücumda edən təxminən 1600 nəfəri əfv edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın yeni prezidenti Donald Tramp fərman imzalayıb.
Məlumata görə, seçki kampaniyası zamanı verdiyi sözə sadiq qalaraq, vaxtilə müdafiəsinə qalxmış şəxslərin hamısını əfv edib.
Əfvlə bağlı Tramp deyib: "Bu şəxslər o vaxtdan girov olublar, əslində. Ümid edirəm, onlar bu axşamdan etibarən həbsxanadan çıxacaqlar. Onlar bunu haqq edir".
Yeri gəlmişkən, Trampın əfv etdiyi məhbuslar arasında "Proud Boys" qrupunun lideri 22 il həbs cəzası almış Enrike Tarrio da var.
42 yaşlı Tarrio, Konqresə hücuma, terror aktı, sui-qəsd və digər ittihamlarla 22 il həbs cəzasına məhkum edilmişdi.
Onu da qeyd edək ki, Tramp ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvlüyündən də çıxarıb.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 21 Yanvar 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















