Tramp İranla mqavilənin mətnini Konqresə göndərəcək
Icma.az, Azpost portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp İranla gələcək müqavilənin mətnini nəzərdən keçirilməsi üçün Konqresə göndərəcəyini bildirib.
Azpost.info bildirir ki, bu barədə CNN məlumat yayıb.
“Onu ora göndərmək barədə heç düşünməmişdim, ağlıma belə gəlməmişdi, amma göndərəcəyəm. Konqresə göndərəcəyəm”, – deyə ABŞ prezidenti Fransada keçirilən G7 sammiti zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Trampın sözlərinə görə, bu fikir müzakirələr zamanı yaranıb.
“Bu ideyanı bəyənirəm. Zəhmət olmasa, Konqresə göndərin”, – deyə o bildirib.
Daha əvvəl Cənubi Karolina ştatından olan Respublikaçı senator Lindsi Qraham bildirib ki, ABŞ qanunvericiliyinə əsasən, İranla hər hansı bir nüvə müqaviləsi nəzərdən keçirilməsi və səsvermə üçün Konqresə təqdim edilməlidir.
“Qanunvericiliyimizə əsasən, İranla hər hansı bir nüvə müqaviləsi nəzərdən keçirilməsi və səsvermə üçün Konqresə təqdim ediləcək. Mən yekun sənədi nəzərdən keçirməyi səbirsizliklə gözləyirəm və inanıram ki, müqavilənin memarı, vitse-prezident Vens və onun danışıqlar üzrə tərəfdaşları müqavilənin Konqresə təqdimatında iştirak etməlidirlər”, – deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 İyun 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















