Icma.az
close
up
RU
Tramp Konqresə müraciət edib: ABŞ, İran, Rusiya...

Tramp Konqresə müraciət edib: ABŞ, İran, Rusiya...

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Ağ Evdə ikinci dəfə fəaliyyətə başladığı ilk ildə “dövrün dəyişdiyini” açıqlayan Donald Tramp tarif siyasətini müdafiə edərək Konqresi seçicilərin vətəndaşlığının təsdiqi ilə bağlı “Amerikanı Xilas Et (SAVE America Act)” qanununu qəbul etməyə çağırıb. Amerika lideri bu qanunun seçki saxtakarlığına qarşı mübarizə aparmaq üçün zəruri olduğunu vurğulayıb. Demokratlar bəzi qanuni seçicilərin səsvermə hüququndan məhrum oluna biləcəyi riski barədə xəbərdarlıq edərək bu qanunun əleyhinə çıxırlar.
Özünü Co Baydenlə müqayisə edən Tramp “böhran içində olan bir ölkəni miras aldığını, heç kimin görmədiyi transformasiyaya və əsrlərlə davam edəcək dönüşə” nail olduğunu deyib.
- Bu, Amerikanın qızıl dövrüdür”, – Ağ Evin rəhbəri iddia edib.
Onun çıxışında ABŞ Ali Məhkəməsinin bu yaxınlarda rədd etdiyi tarif və rüsum siyasətinə xüsusi diqqət yetirilib. Donald Tramp ABŞ-də fırıldaqçılığa qarşı müharibənin başladığını bildirərək, bu səylərə rəhbərliyi vitse-prezident Cey Di Vensə tapşırıb.
“Mən rəsmi olaraq böyük vitse-prezidentimiz Cey Di Vensin rəhbərliyi ilə fırıldaqçılığa qarşı müharibə elan edirəm. O, istədiyinə nail olacaq. Yetər bu fırıldaqçılıq. Somali icmasının üzvləri Amerika vergi ehtiyatlarından təxminən 19 milyard dollar talan ediblər. Bizdə bütün məlumatlar var və faktiki rəqəm daha yüksəkdir. Kaliforniya, Massaçusets, Men və bir çox digər ştatlarda vəziyyət daha da pisdir”, – Amerika lideri vurğulayıb.
Tramp həmçinin İranla bağlı sərt açıqlamalar verib. O, İranın Avropanı və xaricdəki Amerika hərbi bazalarını təhdid edə biləcək raketlər hazırladığını və hazırda ABŞ-a çata biləcək raketlər üzərində işlədiyini iddia edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, “Gecəyarısı Çəkic” əməliyyatından sonra İrana silah proqramlarını, xüsusən də nüvə silahları ilə əlaqəli proqramları bərpa etməyə cəhd göstərməmək barədə xəbərdarlıq olunub. Lakin Tehran bunu davam etdirir və hər şeyi yenidən başlamaq istəyir. Bununla belə, ABŞ prezidenti problemi diplomatik yolla həll etməyə çalışdığını söyləyib.
- İran razılaşma istəyir, amma biz onlardan “Heç vaxt nüvə silahımız olmayacaq” sözlərini eşitməmişik. Bir şeyə əminəm: heç vaxt dünyanın aparıcı terror sponsorunun nüvə silahı əldə etməsinə imkan verməyəcəyəm. Mən buna icazə verə bilmərəm. Prezident kimi mən bacardığım hər yerdə sülhə can atacağam, amma lazım olduqda Amerikaya qarşı təhdidlərə qarşı çıxmaqdan heç vaxt çəkinməyəcəyəm”, - Amerika lideri xəbərdarlıq edib.
Sözsüz ki, Donald Tramp Konqresdə çıxışı zamanı Rusiya ilə Ukrayna arasındakı müharibə mövzusundan da yan keçməyib. O, xüsusilə Ağ Ev administrasiyasının Rusiya ilə Ukrayna arasındakı müharibəni həll etmək üçün fəal şəkildə çalışdığını vurğulayıb. Tramp prezident olsaydı, müharibənin heç vaxt başlamayacağına inandığını bir daha təkrarlayıb.
“Biz Rusiya ilə Ukrayna arasında hər ay iyirmi beş min əsgərin öldüyü qətl və qırğınlara son qoymaq üçün çox çalışırıq. Bir düşünün, hər ay iyirmi beş min əsgər ölür. Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi. Səylərimiz döyüşlərin dayandırılmasına və itkilərin sayının azaldılmasına yönəlib”, – Donald Tramp bildirib.
Çıxışında ABŞ prezidenti Şimali Karolinada həlak olan ukraynalı qaçqın İrina Zarutskayanı da xatırlayıb: “O, amansız müharibədən qaçdı, lakin öldürmək üçün azadlığa buraxılan qatı cinayətkar tərəfindən qətlə yetirildi”. Tramp qatilin qurbanının auditoriyadakı anasına müraciət edərək “Biz fəxr edirik ki, bu gün burada cəhənnəmdən keçən bir qadın – Anna Zarutskaya var” deyib.
Maraqlıdır ki, Amerika lideri bu çıxışında Qəzzadakı vəziyyətdən danışmayıb. O, həmçinin İsraillə münasibətləri müzakirə etməyib. Rusiya mövzusuna isə Donald Tramp Venesuelada Rusiya silahlarının mövcudluğu kontekstində qayıdıb. Venesuelanı xatırladan Ağ Ev rəhbəri bildirib ki, ABŞ bu ölkədən 80 milyon bareldən çox neft alıb.
- Biz yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox neft aldıq”, - ABŞ prezidenti orada keçirilən xüsusi əməliyyatın nəticələrini diqqətə çatdırıb.
Konqresə müraciətində Tramp onu da bildirib ki, ABŞ milli maraqlarının təminatı və ölkəni zorakılıqdan, narkotiklərdən, terrorizmdən və xarici müdaxilədən qorumaq üçün Qərb yarımkürəsində Amerika təhlükəsizliyini və dominantlığını bərpa edir. ABŞ prezidenti vurğulayıb ki, uzun illərdir Meksikanın böyük hissəsi də daxil olmaqla Latın Amerikasında “geniş əraziləri qaniçən narkotik kartellər” öz nəzarəti altında saxlayıblar.
Qeyd edək ki, Amerika liderinin Konqresdəki çıxışı başlamazdan əvvəl konqresmen El Qrin Nümayəndələr Palatasının iclas zalından çıxarılıb. Demokrat siyasətçi iclasda Trampın şəxsi sosial media səhifəsində yerləşdirilən Obamaların karikaturasının videosuna istinadla “Qaradərililər meymun deyil!” ifadəsi yazılmış plakat açıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri