Icma.az
close
up
RU
ABŞ mətbuatı COP29 ilə bağlı Konqresə müraciət edib: siyasiləşdirməyin!

ABŞ mətbuatı COP29 ilə bağlı Konqresə müraciət edib: siyasiləşdirməyin!

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Mən erməni lobbi təşkilatı ANCA tərəfindən dəstəklənən ABŞ Konqresindəki erməni qrupunun təsisçisi və həmsədri, konqresmen Frank Pallone və senator Ed Markinin rəhbərliyi ilə 60 Konqres üzvünü dövlət katibi Entoni Blinkendən Azərbaycanı qınamaq üçün COP29 Konfransından yararlanmağı xahiş etdiklərinə görə qınayıram”.

Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “COP29 siyasiləşdirilməməlidir” başlıqlı məqaləsində yazıb. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib.

Qeyd olunub ki, dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə üzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət COP29-da diqqətini məhz bu məsələlərə yönəltməli, başqa məsələlərlə diqqətini yayındırmamalıdır. Konqresmenlər və senatorlar belə etməklə dövlət katibini 11 sentyabr terrorundan sonra Əfqanıstana hərbi kontingent yeridən ABŞ-nin Cənubi Qafqazdakı ən etibarlı müttəfiqlərindən birini qınamağa çağırırlar.

Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmişdə Ermənistanla hərbi münaqişədə olması indiki vəziyyətə təsir etməməlidir. Vacib olan odur ki, hazırda iki ölkə arasında münaqişənin yekun həlli üçün sülh prosesi gedir. Azərbaycan öz qonşuları ilə sülh şəraitində ümumi rifah naminə yaşıl gələcək qurmağa qərarlıdır. Bildirilib ki, hazırda Azərbaycana təzyiq etmək sözügedən sülh prosesini irəlilətmir və eyni zamanda ABŞ-nin regiondakı maraqlarına ziddir, çünki iqlim dəyişikliyi kimi kritik əhəmiyyətli məsələlərdə Azərbaycan və ABŞ arasındakı strateji əməkdaşlığa xələl gətirir.

Yazıda həmçinin qeyd olunub ki, sözügedən davranışla ABŞ konqresmenləri beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin həll yollarını axtaracağı mühüm konfransı siyasiləşdirirlər. Azərbaycanın belə bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ona siyasi təzyiq üçün istifadə olunmamalıdır.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri