Tramp Körfəz səfərinə Ərəbistandan başladı
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə təhlükəsizlik məsələlərini arxa plana keçirərək, diqqətini böyük sərmayə razılaşmalarına yönəldib.
Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, bu səfərinə Səudiyyə Ərəbistanından başlayan Trampı Elon Musk da daxil olmaqla, ABŞ-nin tanınmış biznes liderləri müşayiət edib. Səfərdə Ər-Riyadda keçirilən ABŞ-Səudiyyə İnvestisiya Forumunda iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas mövzu olub. Trampın daha sonra Qətər və BƏƏ-yə səfər etməsi, lakin İsrailə getməməsi Vaşinqtonun regional prioritetlərinə dair suallar yaradıb.
Trampın bu səfərini şərh edən Səudiyyə rəsmiləri ABŞ ilə birgə təşəbbüslərin böyük uğurlar gətirdiyini bildiriblər. Siyasi analitiklər hesab edir ki, bu səfər, Tramp administrasiyasının regional siyasətində iqtisadi maraqları təhlükəsizlik məsələlərindən üstün tutduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 13 May 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















