ABŞ Ərəbistandan üz döndərir
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Səudiyyə Ərəbistanındakı hərbi kontingentini azaltmaq imkanlarını nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
ABŞ-nin bu addımı atmasına səbəb Krallığın Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rəsmi Vaşinqtonun planlaşdırdığı “Azadlıq layihəsi” (Project Freedom) əməliyyatına icazə verməməsidir. Səudiyyə Ərəbistanı əməliyyat üçün həlledici əhəmiyyət kəsb edən öz hərbi bazalarından və hava məkanından ABŞ qüvvələrinin istifadəsinə qadağa qoyub.
Amerikalı rəsmi şəxslərin bildirdiyinə görə, Ər-Riyadın bu müqaviməti Ağ Evi çətin vəziyyətdə qoyub və Prezident Donald Trampın cəmi bir neçə saat əvvəl başladığı, gəmilərin təhlükəsiz keçidini təmin etməli olan "Azadlıq" hərbi əməliyyatını dayandırmağa məcbur edib.
Bu addımdan qəzəblənən Ağ Ev rəhbərliyi Krallığı hədələyib. ABŞ və ərəb rəsmilərinin verdiyi məlumata görə, Vaşinqton bəyan edib ki, əgər Səudiyyə Ərəbistanı öz mövqeyini dəyişməsə, İran raketlərini və pilotsuz uçuş aparatlarını (PUA) dəf etmək üçün Krallığa hava hücumundan müdafiə sistemləri üçün lazım olan raket-tutucuların tədarükü dayandırılacaq.
Amerikalı rəsmilər Səudiyyə Ərəbistanı geri addım atsa da, münasibətlərə dəyən zərərin asanlıqla bərpa olunmayacağını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 İyul 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















