Icma.az
close
up
RU
Tramp Lesoto Krallığını niyə hədəfə aldı?

Tramp Lesoto Krallığını niyə hədəfə aldı?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Afrika qitəsində ən yüksək gömrük tarifini Lesoto Krallığına tətbiq edib.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Trampın qərarına əsasən, Lesoto ABŞ-a ixrac etdiyi bütün məhsullarda 50%-lik gömrük tarifinə məruz qalacaq. Bununla da ölkə ABŞ-ın qarşılıqlı tariflər tətbiq etdiyi 185 ölkə arasında ən yüksək rüsum dərəcəsinə tabe olan dövlət olub.

Təxminən 2,5 milyon əhalisi olan Lesoto 2,1 milyard dollarlıq ümumi daxili məhsulu (ÜDM) ilə həm Afrika qitəsinin, həm də dünyanın ən kasıb ölkələrindən biri hesab edilir. İqtisadi məlumat platforması "OEC"nin məlumatına görə, 2023-cü ildə Lesoto ABŞ-a 228 milyon dollarlıq ixrac həyata keçirib, ölkədən idxalı isə 8 milyon dollardan az olub.

Xarici ticarətinin 80%-dən çoxunu yeganə qonşusu olan Cənubi Afrika Respublikası ilə həyata keçirən Lesoto üçün ABŞ-a ixrac, ölkənin ÜDM-sinin 10%-dən çoxunu təşkil edir. Lesoto hazırda ABŞ-dan gələn mallara 99%-lik gömrük rüsumu tətbiq edir.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın yeni 50%-lik gömrük rüsumu Lesoto iqtisadiyyatına ciddi zərbə vura bilər.

Tramp ötən ay ABŞ Beynəlxalq İnkişaf Agentliyi ("USAID") tərəfindən maliyyələşdirilən xarici yardımlarla bağlı açıqlamasında, 8 milyon dollarlıq yardım alan Lesotonu "heç kimin adını belə eşitmədiyi bir ölkə" kimi xarakterizə etmişdi.

Afrikanın ən kasıb ölkələrindən biri olan Madagaskar isə 47%-lik gömrük tarifi ilə ABŞ-ın qitədə ən yüksək tarif tətbiq etdiyi ikinci ölkə olub. Madaqaskarı ardıcıl olaraq 40%-lik rüsum tətbiq edilən Moris və 37%-lik tarifə məruz qalan Botsvana izləyib.

Son aylarda mübahisəli torpaq müsadirə qanunu və "ağdərililərə qarşı təzyiq" iddiaları səbəbindən Tramp administrasiyasının sanksiya və təzyiqləri ilə üzləşən Cənubi Afrika Respublikasına isə 30%-lik gömrük tarifi tətbiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Aprel 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri