Tramp Pezeşkianı hədəfə aldı
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın siyasi və hərbi rəhbərliyinin ciddi itkilərə məruz qaldığını bildirib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə İranla münaqişə və Tehranla mümkün danışıqların perspektivləri ilə bağlı açıqlamasında danışıb.
“Onların rəhbərliyi yoxa çıxıb. İkinci eşelon liderləri yoxa çıxıb. Üçüncü eşelonun yarısı da yoxdur. Bu, mənim problemlərimdən biridir - danışıqlar aparmağa heç kim yoxdur. Bu problemdir”, - deyə Tramp bildirib.
ABŞ lideri İranın siyasi sistemində rəhbərliklə bağlı vəziyyəti qeyri-adi ifadələrlə təsvir edib. Onun sözlərinə görə, ölkədə prezident olmaq istəyən şəxslər belə tapılmır.
“Bu, dünyada heç kimin prezident olmaq istəmədiyi yeganə ölkədir. Deyirlər: ‘Kim prezident olmaq istəyir?’ – “Xeyr, mən prezident olmaq istəmirəm!” Bu, problemdir”, - Tramp deyib.
Trampın açıqlaması ABŞ və İran arasında gərginliyin davam etdiyi, eyni zamanda Vaşinqtonun Tehranla mümkün razılaşma məsələsini gündəmdə saxladığı bir vaxtda səslənib.
ABŞ Prezidenti daha əvvəl də İranın hərbi infrastrukturunun və rəhbərlik strukturunun ağır zərbə aldığını iddia edib. Tehran isə Vaşinqtonun müharibənin nəticələri ilə bağlı açıqlamalarını qəbul etmir və İranın müqavimət göstərdiyini bildirir. İran rəsmiləri, həmçinin Hörmüz boğazı üzərində nəzarətin Tehranda qaldığını bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Avqust 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















