Tramp Lukaşenkonu Ağ Evə çağırdı
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Ağ Ev Belarus prezidenti Aleksandr Lukaşenkonu ABŞ rəhbəri Donald Trampla görüşə dəvət etmək imkanını nəzərdən keçirir.
Danışıqlar Ağ Evdə və ya Trampın Mar-a-Laqo iqamətgahında keçirilə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Financial Times (FT) yazır.
ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul nəşrə müsahibəsində təsdiqləyib ki, prezidentlərin görüşü ilə bağlı daxili müzakirələr bir neçə aydır ki, gedir. Yekun qərar hələ verilməyib.
Lukaşenko martın 20-də Trampdan Floridada – Amerika prezidenti Mar-a-Laqonun malikanəsində danışıqlar aparmaq üçün dəvət aldığını açıqlayıb. Belarus liderinin sözlərinə görə, söhbət siyasi məhbuslar, səfirliklərin işi və nüvə materiallarına nəzarət məsələlərini əhatə edə biləcək “böyük sövdələşmə”dən gedir.
Baxış sayı:102
Bu xəbər 23 Mart 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















