Icma.az
close
up
RU
Tramp Ağ evə qayıtdı

Tramp Ağ evə qayıtdı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 20-də Vaşinqtonda Birləşmiş Ştatların 47-ci Prezidenti Donald Trampın (həm də 45-ci dövlət başçısı olub–müəllif) inaqurasiyası keçirilib. Mərasim canlı yayımlanıb və planetin, demək olar ki, hər bir guşəsində milyonlarla insan proseduru izləyib. Tədbirin təşkili üçün isə rekord miqdarda, 250 milyon dollardan çox vəsait xərclənib. Necə deyərlər, varlığa nə darlıq?!

Qeyd edək ki, mərasim 40 ildən sonra ilk dəfə təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu Rotondada baş tutub. D.Tramp Konstitusiyaya və İncil kitabına əlini qoyaraq ölkəsinə sədaqət andı içib. Bununla da o, ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885–1889-cu və 1893-1897-ci illərdə) nail olmuşdur. Trampla bərabər, 40 yaşlı Ceyms Devid Vens də vitse-prezident kimi and içib.

And içdikdən sonra Tramp alqışlarla müşayiət olunan geniş nitq söyləyib və “Amerikanı birinci yerdə” qoyacağını vəd edib. “Amerikanın qızıl dövrü indi başlanır”, – deyə o bəyan edib.

Yeri gəlmişkən, Tramp nitqinin əvvəlində mərasimə qatılan sabiq prezidentlərə, o cümlədən prezident Co Baydenə minnətdarlığını ifadə edib. Lakin ilkin ifadələrdən sonra keçmiş siyasi rəqiblərin ünvanına tənqidlər səsləndirib və ölkə siyasətində nəzərdə tutulan əsaslı dəyişikliklərin anonsunu verib.

Tramp sələfinin administrasiyasının “daxildə adi böhranla ayaqlaşa bilmədiyini” və “xaricdəki fəlakətli” olayların öhdəsindən gəlmədiyini vurğulayıb. 

O, “milli uğur erası”nın başlanğıcında özünün “arxayın və nikbin” olduğunu söyləyib. Ölkənin böyük dəyişikliklər astanasında olduğunu qeyd edərək Amerikanın fürsəti qaçırmayacağına diqqət çəkib.

Tramp administrasiyası ABŞ-ni super güc kimi daha da gücləndirmək əzmindədir. Lakin son illər qlobal qüvvələr nisbətində kəskin dəyişikliklər baş verib. Yeni regional və qlobal aktorlar meydana çıxıb. Onların əksəriyyəti bir çox hallarda Vaşinqtonla hesablaşmaq istəmir. Beləcə, Yer kürəsinin siyasi həyatında böhranlı vəziyyət yaranıb. Ağ evin yeni sahibinin dünyanı yeni qaydalarla nizamlamağa gücü çatacaqmı? Bunu indidən demək çətindir. 

Qayıdaq Trampın mərasimdəki nitqinə. O, əvvəlcə ölkənin daxili prioritetlərini dilə gətirib. Deyib ki, yeni administrasiya Amerikda iri biznes üçün normal şərait yaradacaq və bununla da inflyasiyanın aşağı düşməsinə nail olacaq. Tramp həmvətənlərini ciddi narahat edən miqrantlar probleminə də  toxunub. Bildirib ki, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək. 

Tramp beynəlxalq siyasətdən də danışıb. Onun sözlərinə görə, Vaşinqton hazırda dünyanı bürüyən müharibələrə tezliklə son qoyacaq. Artıq İsraillə HƏMAS arasında barışıq əldə olunub. Tramp bunu özünün ilk iş gününün ilk parlaq qələbəsi adlandırıb. Deyib ki, Amerika sülh və təhlükəsizliyin tərəfdarıdır və mənasız silahlı qarşıdurmalara son qoyulmalıdır.  

Bir çox təhlilçilər qeyd edirlər ki, Trampın daxili və xarici siyasət sahələrini əhatə edən proqramları ilk baxışda nə qədər cəlbedici görünsə də, onları icra etmək bir o qədər də asan olmaycaq. Ən ciddi rəqib isə ABŞ-ni bütün sahələrdə daban-dabana izləyən Çindir. “Səmavi dövlət” öz imperiyasını qurmaq üçün planlar cızır. Məqsəd ABŞ-ı dünya hökmranlığına son qoymaqdır. Amerikalılar isə belə bir perspektivi özləri üçün qorxulu yuxu hesab edirlər.     

Təkcə ABŞ və Çin deyil, Rusiya, Fransa, Böyük Britaniya da keçmiş imperiyalarını bərpa etmək arzusundadırlar. Bir çox təhlilçilər Böyük Turanı da bu siyahıya daxil edirlər. Belə çıxır ki, yaxın gələcəkdə dünyada imperiyaların paradı başlaya bilər. 

İmperiyalar isə göyə buraxılan raketlər kimidir. Onlar fəzada uçarkən heç bir vəchlə dayanıb nəfəs dərə bilməzlər. Onlar qalaktikalar kimi, daim genişlənməsələr, məhv olarlar. 

Görünür, məhz ABŞ-ni böyütmək üçün Tramp Qrenlandiya adasına və Panama kanalında iddia edir. Hətta ərazisinə görə dünyanın 2-ci böyük dövləti olan Kanadanı ABŞ-nin 51-ci ştatı kimi görmək arzusundadır. Təbii ki, Kanada və Panama dövlətləri qəti surətdə bunun əleyhinə çıxırlar. 

Hazırda planetimiz cəngəlliklər qanunu ilə idarə olunur. Ali qanun kimi yalnız gücün iradəsi qəbul edilir. Kim güclüdür, o da haqlıdır! Bir vaxtlar fundamental  dəyərlər kimi qəbul edilən insan haqları, söz və mətbuat azadlığı, demokratiya ilə və s. bağlı arzular xəyal qırıqlığına gömülür. 

Yeri gəlmişkən, dünən ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlatın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.

Amerika lideri, prezidentlik dövründə təxminən 350 milyon əhalisi olan ABŞ-nin ÜST-ə üzvlüyünə görə 500 milyon dollar, əhalisi 1,4 milyarddan çox olan Çinin isə təxminən 39 milyon dollar ödədiyini bildirib. “Mənə elə gəldi ki, bu, bir az ədalətsizdir. Səbəb bu, deyildi, amma mən ÜST-dən ayrıldım”, - Tramp deyib.

ABŞ Prezidenti Donald Tramp ölkənin Paris İqlim Sazişindən yenidən çıxması haqqında da fərman imzalayıb. Pespublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib. O, 2017-ci ildə ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa çatdırıb, lakin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Co Bayden Vaşinqtonun Paris Sazişinə qayıtması haqqında fərman imzalayıb.

Bəli, bu gün ABŞ-də fərmanları 47-ci prezident Tramp imzalayır. Onun bir çox qərarları ölkənin özündə və xaricdə mübahisə doğursa da, Ağ evin yeni sahibi öz baxış bucağından dünyaya baxır və uyğun olaraq hərəkət edir. Nəyi düz, nəyi səhv etdiyini isə Zaman göstərəcək.  

Məsaim ABDULLAYEV 
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see222

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see216

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see212

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see210

Aranda yağmursuz, dağlarda yağış və dolu...

14 May 2026 04:54see202

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

14 May 2026 08:03see197

“Mançester Siti” “Liverpul”un müdafiəçisi ilə maraqlanır

14 May 2026 05:11see196

Toyun səhəri günü sağdişini öldürdü FOTO

14 May 2026 06:01see184

“Trampın siyirməsində Vensə məktub var”

14 May 2026 05:01see180

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see178

İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib

14 May 2026 06:22see166

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see163

Tanınmış azərbaycanlı aktrisanın toyu oldu İlk dəfə birgə FOTOları

14 May 2026 10:51see162

Şiddətli yağış və fırtına oldu, ölənlər var

14 May 2026 02:43see161

Renduliç xorvatlara “Zirə”dən danışdı

14 May 2026 01:33see158

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see155

Bəlkə də təmizliyə səhv otaqdan başlayırsınız Mütəxəssislər ilk dayanacağı açıqladı

14 May 2026 07:07see150

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see146

Ən çox bu ölkələrdən olanlar Avropadan deportasiya edilib

14 May 2026 07:16see142

18 yaşlı futbolçu seçimini etdi Fransa millisi ümid edirdi ki...

15 May 2026 00:25see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri