Tramp Maduroya elə bir təklif edib ki... Amerikalı senator sirləri açdı
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Vaşinqton Venesuela prezidenti Nikolas Maduroya ölkəni könüllü tərk etməyi təklif kimi irəli sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı senator Markveyn Mallin CNN-ə açıqlamasında deyib.
“Biz Maduroya şans verdik. Ona dedik ki, Rusiyaya və ya istənilən başqa ölkəyə gedə bilər”, — deyə Mallin bildirib.
O əlavə edib ki, Prezident Donald Tramp hərbi əməliyyatlara əl atmaq niyyətində deyil:
“O açıq şəkildə bildirdi ki, ABŞ Venesuelaya qoşun yeritmək istəmir. Bizim məqsədimiz öz sərhədlərimizi qorumaqdır”.
Senatorun rəsmi bəyanatı Vaşinqtonun Karakas üzərində təzyiqlərini artırdığı bir dövrdə səslənib. Tramp regiondakı şübhəli narkokartellərə qarşı hərbi əməliyyatları genişləndirib. Sentyabrdan bəri ABŞ Karib hövzəsi və Sakit Okeanın şərqində narkotik daşıyan şübhəli gəmilərə qarşı zərbələr endirir. ABŞ rəsmiləri bildirirlər ki, “Southern Spear” əməliyyatı çərçivəsində ən azı 21 gəmi məhv edilib, 83 nəfər həlak olub.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















