Icma.az
close
up
RU
Tramp Maduroya amnistiya vəd edib

Tramp Maduroya amnistiya vəd edib

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Venesuela rəhbəri Nikolas Maduro könüllü olaraq vəzifəsindən getməsə, Vaşinqton güc tətbiq edə bilər.

Moderator.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ötən həftə baş tutan telefon danışığı zamanı bunu Maduroya çatdırıb. "The Wall Street Journal"-ın mənbələrə istinadən yaydığı məlumata görə, Tramp ötən həftə Maduroya bildirib ki, "könüllü olaraq getməsə", ABŞ Venesuela ilə bağlı müxtəlif variantları, o cümlədən güc tətbiqini nəzərdən keçirəcək. Nəşr iddia edir ki, iki lider həmçinin telefonla Maduro və onun yaxın ətrafı üçün mümkün əfv məsələsini də müzakirə ediblər.

Qeyd edək ki, Trampın ilk prezidentlik müddəti ərzində, 2020-ci ilin mart ayında ABŞ Maduro və bir neçə digər hökumət məmurunu narko-terrorizmdə ittiham edərək Venesuela prezidentinin həbsinə və/və ya məhkum edilməsinə səbəb olan məlumatlara görə 15 milyon dollar mükafat təyin edib. 2025-ci ilin avqustund Vaşinqton Maduronun tutulmasına səbəb olan məlumatlara görə mükafatı 50 milyon dollara qədər artırıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Venesuela lideri "dünyanın ən böyük narkotik qaçaqmalçılarından biridir" və ABŞ-ın "milli təhlükəsizliyinə təhdid yaradır".

Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə Venesuela ərazisinə zərbələr endirməyə başlaya biləcəyi barədə məlumat yayıb. Tramp əvvəllər Vaşinqtonun "çox tezliklə Venesueladan narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlayacağını" bildirib, lakin mümkün hərbi əməliyyatlar barədə ətraflı məlumat verməyib. Dünən isə Amerika lideri "Venesuela üzərindəki hava məkanının tamamilə bağlı hesab edildiyini" elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri