Icma.az
close
up
RU
Tramp Makronu illər əvvəl xəbərdar edib: “Fransanı itirəcəksən!”

Tramp Makronu illər əvvəl xəbərdar edib: “Fransanı itirəcəksən!”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən hadisələrdən danışaraq ölkə rəhbərliyini sərhədləri bağlamağa çağırıb. O, illər əvvəl Fransa Prezidenti Emmanuel Makronu da bu barədə xəbərdar etdiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, Tramp oktyabrın 19-da “Truth Social” sosial şəbəkəsində Fransadakı vəziyyətlə bağlı paylaşım edib. “Miqrantlar Fransanı ələ keçirib. Paris rəhbərliyi sərhədi tez bir zamanda bağlamalıdır”, - deyə o yazıb. Tramp həmin gün Kanzas ştatında keçirdiyi görüşdə də Fransadakı qarışıqlıqlardan danışıb. O bildirib ki, hələ illər əvvəl Makronu sərhəd nəzarətini gücləndirməyə çağırıb.

“Ona demişdim ki, sərhədi bağla, yoxsa Fransanı itirəcəksən”. Dördpendirli pizza

Tramp Fransa rəhbərliyinin böyük səhvə yol verdiyini də iddia edib. O, Parisin gələcəkdə müsəlmanların üstünlük təşkil etdiyi şəhərə çevrilə biləcəyini söyləyib. ABŞ Prezidenti Avropa ölkələrinin miqrasiya siyasətini tənqid edərək onların öz ölkələrini və Avropanı itirmək təhlükəsi ilə üzləşdiyini iddia edib. O, ABŞ-nin miqrasiya ilə bağlı sərt tədbirlərinin ölkəsini qoruduğunu vurğulayıb.

Fransanın Baş naziri Sebastyan Lekornu isə baş verən hadisələrlə bağlı yerli hakimiyyət orqanlarının ictimai asayişi qorumaq üçün bəzi ərazilərdə gecə küçəyə çıxmağa məhdudiyyətlər tətbiq etdiyini bildirib. Fransa mətbuatının məlumatına görə, etirazlar sentyabrda Paris ətrafındakı məktəblərdə başlayıb. Şagirdlər müəllim çatışmazlığına və məktəblərin vəziyyətinin pisləşməsinə etiraz ediblər. Sonradan nümayişlər digər ərazilərə də yayılıb. Qiymətlərin artmasından və dövlət xidmətlərinin keyfiyyətinin aşağı düşməsindən narazı olan müxtəlif qruplar da etirazlara qoşulublar.

“Guardian” nəşrinin yazdığına görə, oktyabrın 17-də zorakılıq hadisələri baş verməzdən əvvəl Fransanın müxtəlif şəhərlərində yüz minlərlə insan dinc yürüşlər keçirib. Lakin radikal qrupların bir hissəsi polislə toqquşub, binalara, mağazalara, supermarketlərə və hüquq-mühafizə orqanlarının avtomobillərinə hücum edib. Parisdə Respublika meydanı yaxınlığında keçirilən yürüş də qarşıdurmaya çevrilib. Qara geyimdə olan və üzlərini maska ilə örtən şəxslər polisə daş və fişəng atıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Zorakılıq digər şəhərlərə də yayılıb. Limoges şəhərində etirazçılar 143 illik bələdiyyə binasını yandırıblar və bina, demək olar ki, tamamilə yanıb. Marseldə isə nümayişçilər küçələrdəki təhlükəsizlik maneələrindən istifadə edərək qapıları sındırıb və bələdiyyə binasına daxil olublar.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri