Icma.az
close
up
RU
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir?

“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donld Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqlərinin açılması barədə razılaşma əldə olunub.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında imzalanmış sənəd “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) adlanacaq. Bununla 2020-ci il 10 noyabr Bəyanaının imzalanmasından sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı davam edən mübahisələrə son qoyulub. 

Tramp administrasiyasının təqdim etdiyi “yol xəritəsi”nə uyğun olaraq həm Azərbaycanın, həm də Ermənistanın maraqlarını təmin edən kompromis variant tapılıb.

Belə ki, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz keçidin təmin olunmasına razılıq verir. Yəni Azərbaycan vətəndaşları, nəqliyyat vasitələri və mallar gömrük yoxlamasından və sərhəd-buraxılış nəzarətindən keçmədən Naxçıvan MR-a eləcə də, əks istiqamətdə hərəkət edə bilər.

Öz növbəsində, Azərbaycan tərəfi də marşrutun Ermənistan ərazisindən keçən hissəsində eksterritorial dəhlizin yaranmasını tələb etmir. 

“Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik.

Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”, - deyə hər üç dövlət başçısının imzaladığı birgə bəyannamədə deyilir.

Bu variant kompromis kimi təqdim olunsa da, dəhliz məntiqinə uyğun olduğundan Azərbaycanın maraqlarına cavab verir. Doğrudur, Azərbaycan marşrutun keçdiyi ərazi üzərində Ermənistanın yurisdiksiyasına razıdır. Lakin Azərbaycandan Azərbaycana keçidin təhlükəsizliyini ABŞ şirkəti həyata keçirəcək.

Yəni Azərbaycana məxsus malların, nəqliyyat vasitələrinin və vətəndaşların təhlükəsizliyini üçün tərəf təmin edəcək.

Qeyd edək ki, 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinə görə, nəqliyyat-kommunikasiya vasitələrinin təhlükəsizliyi Rusiya FTX-nin sərhəd qoşunlarına həvalə edilmişdi. 

Lakin Nikol Paşinyan hökuməti bu razılaşmanı Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd adlandıraraq Zəngəzur dəhlizinin açılmasınadan imtina etdi. İndi isə dəmir yolu və avtomobil yolunun idarə edilməsi 99 il müddətinə kommersiya şərtləri əsasında ABŞ şirkətinə veriləcək.

Yəni Rusiyadan fərqli olaraq, “Tramp marşrutu”  autsorsinq prinsipi  əsasında ABŞ-nin icarəsinə veriləcək. Yolların təhlükəsizliyini də ABŞ təmin edəcək. ABŞ və Ermənistan isə həmin yoldan üçüncü dövlətlərin istifadəsi nəticəsində əldə edilən tranzit gəlirləri qazanacaq. 

Ermənistan paralel olaraq, Azərbaycanın əsas hissəsi və Naxçıvan MR vasitəsilə üçüncü ölkələrin ərazisinə, eləcə də əks istiqamətdə daşımalar həyata keçirmək imkanına malik olacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Tramp Azərbaycan Ermənistan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri