Icma.az
close
up
RU
Tramp Putin dialoqunun davam etməsi Azərbaycanın maraqlarına cavab verir

Tramp Putin dialoqunun davam etməsi Azərbaycanın maraqlarına cavab verir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Ukrayna müharibəsindən sonra ilk dəfə ABŞ və Rusiya liderləri görüşüblər. Görüş vaxtilə rusların ABŞ-yə satdığı Alyaskanın Ankoriç şəhərində keçirilib. 3 saat çəkən görüş barədə Rusiya Prezidenti Vladimir Putin "Danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", deyə bəhs edib. Tramp da görüşü yüksək qiymətləndirib.

Alyaska sammiti Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ və Rusiya prezidentlərinin  görüş nəticə vermədi:

"Bu heç gözlənilmirdi də. Çünki işğala məruz qalan dövlətin lideri bu görüşdə iştirak etmirdi. Ukraynanın başı  üzərindən sülhə nail olmaq mümkün deyil. Vaşinqton Moskvaya Ukrayna müharibəsini “ərazi mübadiləsi” vasitəsilə həllini təklif edib. Kiyev bu təklifin əleyhinədir. Çünki Ukrayna müharibəni dayandırmaq üçün ərazilərinin bir hissəsinin işğalı ilə barışmalıdır. Vaşinqtonun təklifinə heç Moskva da razı deyil. Rusiya Ukraynanın 4 bölgəsinin ona verilməsini tələb edir. Kreml hələ işğal edə bilmədiyi əraziləri də Ukraynadan tələb edir. Vaşinqton isə ancaq işğal edilənin Rusiyaya aid olunmasına tərəfdardır". 

Politoloq vurğulayıb  ki, buna baxmayaraq Alyaskadakı görüş həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Tramp üçün vacib idi:

"Putin üçün bu görüş ona görə vacib idi ki, Kreml sahibi uzun müddətdir Trampın müxtəlif təkliflərinə “yox” deyib. O bu dəfə də Ağ Ev sahibinin təklifinə “yox” desəydi, Donald Tramp Putinlə təmaslardan imtina edəcəkdi. Halbuki, Vladimir Putin Trampın Prezidentliyi dövründə ABŞ-la münasibətlərin normallaşdırılmasına çalışır. Təsadüfi deyil ki, Putin Alyaskadakı görüşdə amerikalı həmkarını keçmişdə mövcud olan iqtisadi əlaqələrin bərpası mövzusuna yönəltməyə çalışıb. Ticarətçi olan Tramp bu mövzuya maraq göstərir, ancaq o müşavirlərinin təlimatıyla “gəl əvvəlcə müharibəni dayandıraq, bundan sonra ikitərəfli əməkdaşlığın inkişafına qayıdarıq” prinsipindən çıxış edir. Putin Trampın tərifə meylli olduğunu bilərək, Alyaskada amerikalı həmkarının qulağına xoş olan ifadələr səsləndirib. Misal üçün Tramp hər dəfə bildirir ki, Bayden yox o Prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamayacaqdı. Putin Alyaskada bu fikri təsdiq edən cümlə işlədib: “Mən ABŞ-ın keçmiş Prezidentini xəbərdar etmişdim, məni dinləmədi, Tramp o zaman Prezident olsaydı müharibənin başlamasının qarşısını alardı”. Digər tərəfdən Putin ABŞ-dakı bundan əvvəlki seçkinin Co Baydenin xeyrinə saxtalaşdırıldığını bildirib. Bununla Kreml sahibi Trampın digər arqumentini də dəstəkləyib. Putinin sözlərinə görə, ABŞ-da poçt üsulu ilə səsvermə saxtakarlığa şərait yaradıb. Tramp da eyni fikirdədir. 

Alyaskadakı görüş Donald Tramp üçün də vacib idi. Ukrayna müharibəsiylə bağlı nəticə əldə olunmasa da, Ağ Ev sahibi problemin həlli yolunda çalışmalarını davam etdirdiyi görünsütü yaradıb. Onun seçkiqabağı əsas vədi Rusiya-Ukrayna müharibəsinin sayandırılamasıyla bağlıdır. Ona görə də Tramp bu istiqamətdə kiçik də olca nəticə əldə etməyə çalışmalıdır. Putin amerikalı həmkarının Alyaskada görüş təklifinə razılaşmaqla Trampın reytinqinin aşağı düşməsinin qarşısını almış oldu". 

Siyasi şərhçi qeyd edib ki, Donald Trampla Vladimir Putin arasındakı dialoqun davam etməsi və Kreml sahibinin amerikalı həmkarının fəaliyyətini müsbət qiymətləndirməsi Azərbaycanın da maraqlarına cavab verir:

"Belə olan halda Kreml açıq-aşkar Zəngəzur dəhlizinin işlədilməsi üçün ABŞ-ın səylərinin qarşısını almaq istəməyəcək. Əks halda, Putin “Tramp marşrutu”nun əleyhinə çıxmış olacaq ki, bu Ağ Evdə mənfi qarşılanacaq. Bu Azərbaycanla Ermənistana imkan yaradır ki, Zəngəzur dəhlizinin tikintisi və işə düşməsi prosesini sürətləndirsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Avqust 2025 03:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri