Icma.az
close
up
RU
“Tramp marşrutu” Qərbin Orta Dəhlizdə mövqeyini gücləndirir

“Tramp marşrutu” Qərbin Orta Dəhlizdə mövqeyini gücləndirir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekspertlər Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında baş verən münaqişənin təsirlərinin təkcə regionla məhdudlaşmayacağını əvvəlcədən proqnozlaşdırırdılar. Mövcud gərginlik fonunda isə həmin dövlətlərin iştirak etdiyi bəzi regional layihələrin icrasında müvəqqəti gecikmələrin yaranması ehtimalı artır.

Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı deyib ki, “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi İranda baş verən hadisələr səbəbindən gecikə bilər. O, keçirdiyi son brifinqdə bildirib ki, hazırda TRIPP ABŞ administrasiyasının prioritetləri sırasında deyil.

Qeyd edək ki, “Tramp marşrutu”nun idarə olunması üçün yaradılacaq TRIPP Development şirkətində səhmlərin ilkin bölüşdürülməsi ABŞ-ın xeyrinə nəzərdə tutulub. 49 illik ilkin müddətdə səhmlərin 74 faizi ABŞ-a, 26 faizi Ermənistana məxsus olacaq. Layihə müddəti bitdikdən sonra müqavilənin 50 il müddətinə uzadılması ehtimalı mövcuddur. Bu halda Ermənistanın payı 49 faizə çatacaq, lakin idarəetmədə nəzarət paketi (51 faizi) yenə də ABŞ tərəfdə qalacaq. Beləliklə, strateji qərarvermə və layihənin əsas idarəetməsi amerikalı tərəfdaşların əlində saxlanılır, Ermənistan isə artan payı ilə layihədən gələn gəlir və iqtisadi iştirakını genişləndirir.

TRIPP dəhlizinin həyata keçirilməsində ən maraqlı tərəflərdən biri Azərbaycandır. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə davamlı nəqliyyat infrastrukturu, enerji və optik kabel xətləri, elektrik şəbəkəsi və potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Eyni zamanda, TRIPP Orta Dəhlizin yeni istiqaməti kimi çıxış edəcək ki, bu da Orta Dəhlizin artan tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Hazırda Ağ Ev üçün öncəlik İranla aparılan müharibə olsa da, ABŞ üçün TRIPP dəhlizi strateji baxımdan böyük önəm daşıyır. Müharibə və regiondakı gərginlik TRIPP-in həyata keçirilməsini müəyyən qədər arxa plana ata bilər, lakin bu, layihənin tamamilə ləğv olunması demək deyil. Əksinə, ABŞ və digər Qərb ölkələri layihənin icrasına böyük maraq göstərir və onu dəstəkləyir, çünki bu dəhliz onların Rusiya və İranla sərhəd olan marşrutlardan yan keçməsinə, riskləri minimuma endirməsinə imkan verəcək. Qısa desək, bu layihə Qərbin Orta Dəhlizdəki mövqeyini gücləndirir.

Beynəlxalq agentliklər hazırladıqları məqalələrdə qlobal iqtisadi sabitliyin getdikcə daha çox Orta Dəhliz və TRIPP kimi alternativ marşrutların sürətli inkişafından asılı olacağını qeyd edir. Geosiyasi kəşfiyyat və risklərin qiymətləndirilməsi üzrə ixtisaslaşmış konsaltinq və media agentliyi “Special Eurasia” tərəfindən dərc olunan “Avrasiya üzrə Dəniz Geosiyasi Riskləri 2026” adlı məqalədə bu marşrutların önəminə diqqət çəkilib.

Yazıda qeyd olunur ki, Avrasiya məkanında dəniz geosiyasi riskləri 2026-cı ildə də yüksək səviyyədə qalacaq və regionda ticarət marşrutları uğrunda rəqabət daha da kəskinləşəcək: “Eyni zamanda, Orta Dəhliz və TRIPP marşrutunun formalaşması regionda yeni geosiyasi balans yaradır. 2026-cı ilə qədər Xəzər dənizi regionunda mühüm geosiyasi dönüş baş verib və sovet dövründən qalan ənənəvi iqtisadi asılılıqların zəifləməsi nəticəsində qitələrarası ticarət marşrutları uğrunda çoxqütblü rəqabət formalaşıb”.

Analitiklər bildirirlər ki, bu prosesdə Azərbaycan logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib. “Azərbaycan inteqrasiya olunmuş istehsal və tranzit infrastrukturu hesabına regionda mühüm logistika qovşağına çevrilib və Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas nəqliyyat arteriyasına çevrilir”, – məlumatda vurğulanıb.

Məqalədə xüsusilə qeyd olunur ki, Qərb ölkələri sanksiyalar səbəbindən Rusiya üzərindən keçən marşrutlara alternativ axtardığından Orta Dəhlizə maraq əhəmiyyətli dərəcədə artıb. “Sanksiyalara məruz qalan Rusiya marşrutlarından asılılığı azaltmaq istəyən Qərb kapitalının böyük hissəsi Orta Dəhliz layihəsinə yönəlir”. Eyni zamanda bildirilir ki, regionun geosiyasi dinamikasında mühüm elementlərdən biri də ABŞ-ın təşəbbüsü ilə formalaşdırılan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur (TRIPP).

Yeri gəlmişkən, TRIPP layihəsi yalnız Cənubi Qafqazın deyil, həm də Mərkəzi Asiyanın iqtisadi inkişafında həlledici rol oynayır. ABŞ üçün də Mərkəzi Asiya strateji baxımdan yüksək əhəmiyyət daşıyır. Bu region həm enerji və təbii resurslar baxımından zəngindir, həm də geosiyasi cəhətdən Çin, Rusiya və İranla sərhəd olduğu üçün də Qərbin maraqları üçün kritikdir. ABŞ burada öz iqtisadi və geosiyasi təsirini gücləndirməyə çalışır.Bunun üçün marşrutlarını diversifikasiyası olduqca vacibdir.

2026-cı ilin fevralında Vaşinqtonda keçirilən “Sülh Şurası” (Board of Peace) sammitində Qazaxıstan və Özbəkistan layihəyə tam dəstəyini açıqlayıb. Özbəkistan üçün TRIPP xüsusilə böyük strateji əhəmiyyət daşıyır, çünki ölkənin heç bir dənizə çıxışı yoxdur. Ona görə də bu dəhliz vasitəsilə dünya bazarına birbaşa çıxış əldə edə biləcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev marşrutdan istifadə etməklə ölkənin ixrac potensialını 40 milyard dollara çatdırmağı hədəfləyir. Bu, ölkənin iqtisadi inkişafı və regional ticarət imkanlarının genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri