“Tramp marşrutu” regionda yeni iqtisadi mərhələ açacaq Deputat
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) Sünik (Zəngəzur – red) hissəsinin tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı məlumat verib. Onun sözlərinə görə, ilin sonuna qədər layihənin icra planı hazırlanacaq və bütün detalları açıqlanacaq. Sənədin 2026-cı ilin birinci yarısında təsdiqlənməsi nəzərdə tutulur.
Paşinyan əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın komandası hazırda Yaxın Şərqdəki digər layihələrlə məşğuldur və yüklənib, lakin Ermənistan müəyyən edilmiş qrafikə əməl etməyə çalışacaq.
Sözügedən layihə region üçün hansı iqtisadi və siyasi faydaları gətirə bilər?
Mövzu ilə bağlı millət vəkili Fariz İsmayılzadə Gununsesi.info-ya açıqlamasında bildirib ki, layihə region üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır:
“Bu layihə regionumuza həm iqtisadi, həm də siyasi dividendlər gətirəcək. Zəngəzur dəhlizinin yaranması ilə Azərbaycan Türkiyəyə birbaşa çıxış əldə edəcək və vacib tranzit ölkəyə çevriləcək. Orta Asiya məhsulları bu yolla Avropaya daşına bilər. Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevriləcək. Eyni zamanda, ‘Tramp marşrutu’ bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə ciddi təkan verəcək.”
Deputat qeyd edib ki, layihə regionun inkişafına və dayanıqlı sülhün təmin olunmasına geniş imkanlar açacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 12 Noyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















