Icma.az
close
up
RU
Tramp marşrutu Türkmənçay sazişinin yaratdığı balansı pozub

Tramp marşrutu Türkmənçay sazişinin yaratdığı balansı pozub

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi ilə bağlı sazişin imzalanması Cənubi Qafqazda regional tarazlığı pozub.

Azpost.info bildirir ki,  bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə verdiyi müsahibədə deyib.

“Problem ondadır ki, bu imzalar daha dərin prosesləri tərpədib. Onlar Türkmənçay müqaviləsinin imzalandığı 1828-ci ildən bəri mövcud olan regional tarazlığı pozub”, – deyə o bildirib.

Overçuk xatırladıb ki, həmin dövrdə İrəvan və Naxçıvan xanlıqlarının torpaqları Rusiya imperiyasına verilib və sərhəd coğrafi sərhəd – Araz çayı boyunca müəyyən edilib. O vaxtdan bəri bu, iki böyük qonşu arasında razılaşmalarla təmin edilən ümumilikdə dinc sərhəd olub.

Rusiya Baş nazirinin müavini vurğulayıb ki, Rusiyanın baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunda iştirakı Ermənistanın suverenliyi, yurisdiksiyası, ərazi bütövlüyü və iqtisadi maraqları nəzərə alınmaqla, mövcud olan bütün ölkələr arasında maraqların balanslaşdırılmasına imkan verir.

“İndi Ermənistan bu layihənin Rusiyasız həyata keçiriləcəyini bəyan edib, Türkiyə artıq Naxçıvana dəmir yolunun tikintisinə vəsait xərcləməyə başlayıb və Meğri hissəsinin bərpası perspektivləri daha az aydınlaşıb”-deyə Overçuk qeyd edib. “Kəmərin açılması üçün danışıqlara Rusiyanı daxil edilməməsi  böyük bir səhv idi”-deyə o vurğulayıb.

Ermənistan “Tramp marşrutu”na razılıq verərək tranzit gəlirlərinin 74%-ni güzəştə getmək qərarına gəlib. O bildirib ki, bu, onun hüququdur.

Overçuk əlavə edib ki, “Tramp Marşrutu” ilə hərəkət edən yüklər birbaşa Türkiyəyə gedəcək və Ermənistan onun 26%-lik payını alacaq.

O, qeyd edib ki, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”ndan istifadənin uzunmüddətli perspektivləri qeyri-müəyyəndir, çünki bu layihə kiçilən Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan mal axınına əsaslanır. “Tramp Marşrutunun trafikinin əsas hissəsinin Orta Asiyadan dəniz yolu ilə gələn yüklərdən gələcəyi ehtimal olunur. Lakin Orta Dəhlizin uzunmüddətli perspektivləri olduqca qeyri-müəyyəndir. İqlim dəyişir və Xəzər dənizi daha da dayazlaşır”, – deyə o qeyd edib.

Overçuk qeyd edib ki, tələb olunan yük daşıma səviyyəsini dəstəkləmək üçün liman infrastrukturunun inkişafı və saxlanılması ciddi investisiya riskləri daşıyır. “Əgər Xəzər dənizi son otuz ildəki kimi eyni sürətlə qurumağa davam edərsə, investorlar Rusiya Dəmir Yollarına etibar etməli olacaqlar. Əks halda, onlar daimi dərinləşdirmə işlərinə hazır olmalıdırlar”, – deyə Baş nazirin müavini əlavə edib.

“Bu, fantaziya deyil. Aral dənizinin nümunəsi göstərir ki, regionda bu cür təbii fəlakətlər çox tez baş verə bilər”, – deyə o bildirib.

Bundan əlavə, Overçuk bildirib ki, Ermənistanın blokadasının açılmasından asılı olmayaraq, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu marşrutunun tikintisi artıq davam edir.

Overçuk əlavə edib ki, Rusiyanın artıq Ermənistanda maraqları yoxdursa, onun ərazisindən yük daşınması üçün az səbəb olacaq.

Onun sözlərinə görə, Ermənistanın Meğri hissəsindən sonra yük axınının istiqamətini müzakirə etmək qabiliyyəti məhduddur; məsələ artıq fərqli şəkildə həll edilib. “Yüklərin Ermənistandan keçməsi istəyi başa düşüləndir, lakin etiraf etmək lazımdır ki, bu məsələ artıq fərqli şəkildə həll edilib və müvafiq sənədləri imzalamaqla Ermənistan buna razılıq verib”, – Overçuk qeyd edib.

“Qərb investorları və qonşuları səbrlərini itirə bilərlər. Əgər bu razılaşma nə vaxtsa yekunlaşarsa, Ermənistan Meğri hissəsinin idarəetmə şirkətinin yalnız 26%-ni alacaq”, – deyə o bildirib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Aprel 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri