Icma.az
close
up
RU
“Tramp marşrutu”na qarşı “qara piar”

“Tramp marşrutu”na qarşı “qara piar”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“TRIPP ciddi sual altındadır.  Bu müharibə TRIPP ilə bağlı daha çox sual doğurub”. 

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ABŞ və İsraillə İran arasında gedən müharibənin regional proseslərə təsirini şərh edərkən belə deyib.  TRIPP-in Ermənistan hökumətin təşviqat kampaniyasının ən yaddaqalan məqamı olduğunu vurğulayan eks-prezident bu “mismar”ın əyildiyini bildirib: 

“Mən onların apardığı kampaniyanı izləyirəm. Haradasa hər hansı mənalı müzakirə eşitmisinizmi və ya görmüsünüzmü?  Heç bir müzakirə yoxdur”,-deyə Köçəryan əlavə edib. 

Qeyd edək ki, İranda müharibə başladıqdan sonra ABŞ-nin “Tramp marşrutu”na marağının azalması və bu layihənin baş tutmayacağına dair bəzi media orqanlarında  məlumatlar yayılmağa başlayıb.  Xüsusilə, Zəngəzur dəhlizinin inşası ilə bağlı ABŞ nümayəndə heyətinin səfərinin  müharibə ilə əlaqədar ləngiməsinə dair xəbərlər Paşinyanın siyasi rəqiblərini hərəkətə gətirib.

Xatırladaq ki, ötən həftə “Foregin Policy” jurnalında dərc olunan məqalədə  qeyd edilir ki, İranla müharibə səbəbindən TRIPP layihəsinin bir hissəsi olaraq ərazini araşdırmaq üçün Amerika şirkətinin nümayəndələrinin Ermənistana səfəri təxirə salınıb. ABŞ Prezidenti Donald Trampın İrana qarşı siyasəti Ermənistan və Azərbaycan arasında yeganə uğurlu sülh razılaşmasını poza bilər. 

“Keçən il Tramp uzun müddətdir düşmən olan ölkələr arasında sülh prosesinə təkan verməyə və əhəmiyyətli diplomatik irəliləyiş əldə etməyə müvəffəq oldu. Trampın həddindən artıq şişirdilmiş qlobal sülh səyləri fonunda bu, əsl qələbə idi. 

Lakin indi Trampın İrandakı müharibəsinin nəticələri onun Qafqazdakı nailiyyətlərini puç edə bilər. Həm Ermənistan, həm də Azərbaycan rəsmiləri Trampın xarici siyasət üzrə dar çevrəsinin diqqəti regiondan yayındırmasından narahatlıqlarını bildiriblər.

Hətta elan edilmiş atəşkəslə belə, Ağ Ev bir müddət diqqətini İrana yönəldəcək. Nəticədə, Qafqazda sülh üçün təkan itirilə bilər”,-deyə məlumatda bildirilir.
Daha sonra yazıda bildirilir: 

“Tramp əvvəllər Ermənistan rəsmilərinin TRIPP layihəsi çərçivəsində sərhədin qanuni nəzarətini saxlayacağı, lakin yoxlamaların üçüncü ölkədən olan özəl şirkətin işçiləri tərəfindən aparılacağı bir həll yolu təklif etmişdi. Marşrut Ermənistan-Amerika birgə müəssisəsi tərəfindən idarə olunacaqdı.

Ağ Ev sammitindən sonra hər iki tərəf münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmağa başladı. Azərbaycan beyin mərkəzlərinin mütəxəssisləri Ermənistana səfər etməyə başladılar və əksinə səfərlər oldu. Ermənistan ilk dəfə olaraq Rusiya və Qazaxıstandan taxılın öz ərazisindən Ermənistana tranzitinə icazə verdi.

Fevralın əvvəlində vitse-prezident Vensin Ermənistana və Azərbaycana səfər edərək ABŞ-nin TRIPP layihəsini tamamlamaq əzmini nümayiş etdirdi.

TRIPP layihəsinin Ermənistanın cənub sərhədi boyunca, İran sərhədinə yaxın ərazidə həyata keçirilməsi planlaşdırılır. ABŞ-nin bu marşrutun tikintisi və istismarına cəlb etməyi ümid etdiyi şirkətlər, şübhəsiz ki, potensial investisiyalarına qarşı təhlükəsizlik risklərini yenidən nəzərdən keçirirlər”.

Bundan başqa, həm İrəvan, həm də Bakıdakı rəsmilər müharibənin ABŞ-nin diqqətini TRIPP layihəsindən yayındıracağından narahatlıqlarını ifadə ediblər. 

Görünür, Robert Köçəryan da məhz bu cür ehtimallara söykənərək “Tramp marşrutu”na qarşı “qara” PR kampaniyasına başlayıb. Sabiq prezidentin bu açıqlaması iyun ayında keçiriləcək parlament seçkilərinə hesablanıb. Çünki Baş nazir Nikol Paşinyan seçkilərə “Sülh” şüarı ilə gedir. Paşinyan seçicilərə sülh və kommunikasiyaların açılması müqabilində firavan Ermənistan vəd edir. 

Ermənistanın Baş naziri müxalifətin hakimiyyətə gələcəyi təqdirdə sentyabr ayında müharibəyə başlayacağını bildirir. Ona görə də Paşinyan Ermənistan cəmiyyətini sülh və müharibə arasında seçim etməyə çağırır. Köçəryan müxalifətin müharibəyə başlayacağı barədə deyilənləri təkzib etsə də, Azərbaycanla paraflanmış sülh sazişindən və TRIPP layihəsindən imtina edəcəyini açıq bəyan edir. 

Bu baxımdan, Köçəryanın İrandakı müharibənin təsiri nəticəsində guya TRIPP layihəsinin sual altına düşməsi barədə iddiaları hakimiyyətin seçki platformasının sıradan çıxdığına dair rəy yaratmağa xidmət edir. 

Lakin ABŞ Dövlət Departamentinin İqtisadiyyat, Enerji və Biznes Məsələləri Bürosunun baş məsləhətçisi Rebekka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə regional meneceri Sara Leminqin Azərbaycana səfəri İranda gedən müharibə fonunda Zəngəzur dəhlizinin diqqətdən kənarda qalması barədə deyilənlərin əsassız olmadığını göstərir. 

ABŞ nümayəndə heyətinin iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə enerji dəhlizləri, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu, Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya sütunları kimi layihələri müzakirə etməsi Vaşinqtonun Cənubi Qafqazın əsas strateji nəqliyyat dəhlizlərindən biri hesab edilən “Tramp marşrutu”nun reallaşmasında maraqlı olduğunu təsdiq edir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: “Tramp marşrutu” Robert Köçəryan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri