Icma.az
close
up
RU
“Azərbaycana qarşı qara piar əlaqələndirilmiş reaksiya tələb edir ”

“Azərbaycana qarşı qara piar əlaqələndirilmiş reaksiya tələb edir ”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu günlərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib. Təlimin məqsədi, əldə olunan nəticələr, eləcə də gələcəyə yönəlik perspektivlər barədə suallarımızı BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev cavablandırır.

– Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Xarici İşlər Nazirliyi ilə birgə jurnalistlər üçün keçirdiyi “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlimin məqsədi nədən ibarət idi?

– Bildiyiniz kimi, bütün suveren ərazilərimizi əhatə edən prezident və parlament seçkilərindən sonra dövlət başçısı İlham Əliyev tərəfindən yeni dönəmin reallıqlarına uyğun xarici siyasət hədəfləri və prioritetləri müəyyənləşdirildi. Beynəlxalq fəaliyyətdə humanizm və təşəbbüskarlığın əsas prinsiplər olaraq müəyyən edildiyi bu hədəflər istiqamətində Azərbaycan dövləti ardıcıl addımlar atmaqda, tərəfdaş və dost ölkələrlə səmərəli münasibətlər qurmaqda davam edir. Lakin erməni lobbisinin təsiri altında olan müxtəlif dövlətlərin hakimiyyət qolları, eləcə də transmilli şirkətlər tərəfindən Azərbaycana qarşı təşkil edilən qara piar və dezinformasiya kampaniyaları dövlətimiz qarşısında çağırışlar formalaşdırır. Bu isə dövlət, vətəndaş cəmiyyəti və mediadan mümkün təhdidlərə qarşı operativ və əlaqələndirilmiş reaksiya tələb edir. Qeyd edilən məsələlər nəzərə alınaraq, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə media üçün “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim təşkil etdi. Təlim iştirakçılarına Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh prosesi, Azərbaycanın qonşu, Avropa dövlətləri və beynəlxalq güclərlə münasibətləri, ölkəmizin xarici siyasətində Türk Dövlətləri Təşkilatının yeri və rolu barədə nəzəri və praktiki məlumatlar verdik. Təlimdə 7-si televiziya (biri region televiziyasıdır) olmaqla 11 media təmsilçisi iştirak etdi. Gələcəkdə təlimin əhatə arealını daha da genişləndirməyi və regionlarda fəaliyyət göstərən digər televiziya əməkdaşlarının da cəlb edilməsini düşünürük.

– Hakimiyyətin xarici siyasət prioritetlərinin ölkənin həm də özəl media qurumlarında gözlənilməsi istiqamətində hansı işlər aparılır?

– Bu istiqamətdə hər il media təmsilçiləri üçün təlimlər təşkil edirik. Gündəmə uyğun olaraq, zəruri hesab etdiyimiz məqamlarda mətbuat konfransları keçirərək cəmiyyətdə sual doğuran məqamlara aydınlıq gətiririk. Lakin, bir qayda olaraq, hər ilin sonunda media nümayəndələri ilə görüş təyin edib bu istiqamətdə söhbətlər aparırıq. Əlavə olaraq, mərkəzin ekspertləri tərəfindən təhlillər hazırlanır və bu təhlilləri əsasən “X”, “Facebook” platformaları vasitəsilə ictimaiyyətlə paylaşırıq.

– Hazırda jurnalistlərin beynəlxalq sahə üzrə ekspert kimi yetişdirilməsində digər formatların, misal üçün, seminarların, kursların keçirilməsi nəzərdə tutulurmu?

– Sizin qeyd etdiyiniz səpkidə, yəni jurnalistlərin beynəlxalq münasibətlər üzrə ekspertlər kimi hazırlanmasını həyata keçirən kurslarımız fəaliyyət göstərmir. Lakin hər il ölkəmizdəki universitetlərdən – ADA, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Dövlət İdarəçilik Akademiyası və digərlərindən çox sayda tələbələr mərkəzimizdə təcrübə keçirlər. Mərkəz kollektivi olaraq bu təcrübə müddətinin tələbələr üçün faydalı keçməsi üçün çalışırıq. Onu da nəzərə çatdırım ki, təhlil və məqalələrin hazırlanmasında tələbələr müvafiq qaydada araşdırma proseslərinə cəlb olunurlar. Habelə onların tədbirlərin təşkilatçılığı prosesində iştiraka cəlb edərək, praktiki biliklərinin təkmilləşdirilməsinə töhfə verməyə çalışırıq. Əlavə olaraq, onu bildirmək istəyirəm ki, təşkil etdiyimiz tədbirlər ictimaiyyət üçün açıq olduğu üçün media işçiləri tədbirlərdə iştirak edərək müvafiq məlumatlar əldə edə bilərlər.

– Mərkəzin sahə üzrə seçilmiş media təmsilçilərinin xarici ölkələrə media-turlarının təşkilinə necə baxırsınız?

– Bildiyiniz kimi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyəti, əsasən, dünyada və regionda baş verən proseslərin təhlili, Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh prosesi, təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərlə bağlı ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasından ibarətdir. Yəni fəaliyyətimiz əsasən ölkəmizin prioritetlərinin beynəlxalq ictimaiyyətdə, xarici auditoriyalarda düzgün işıqlandırılması və əsaslandırılması istiqamətində qurulub və qeyd etdiyiniz məsələ səlahiyyətlərimizə aid deyil. Eyni zamanda, qeyd etməliyəm ki, indiyədək Azərbaycan media təmsilçilərinin yüksək peşəkarlıqla hazırlanmış məqalə və araşdırmalarının tərəfimizdən dərc olunan icmallarda nəşrini həyata keçirmişik. Vurğuladığım kimi, beynəlxalq ictimai-siyasi və akademik çevrələrdə Azərbaycan həqiqətlərinin düzgün dərk edilməsi fəaliyyətimizin əsas istiqamətidir. Bu istiqamətdə Xarici İşlər Nazirliyi Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə birgə həyata keçirdiyimiz AIDA proqramı çərçivəsində indiyədək İtaliya, Monteneqro, Belçika, Serbiya, Meksika, Gürcüstan, Türkiyə, Hindistan, Albaniya və digər ölkələrdən ilboyu müxtəlif vaxtlarda BMTM-də təqaüd proqramında iştirak ediblər. Onlar Azərbaycanda olduqları müddətdə ölkəmizlə bağlı araşdırmalar həyata keçirir, görüşlərə qatılırlar.

Qələmə aldı:
İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri