Icma.az
close
up
RU
TRAMP MEDVEDEVİ “SINDIRDI” İrana nüvə silahı verməyə hazır olan ölkə hansıdır?

TRAMP MEDVEDEVİ “SINDIRDI” İrana nüvə silahı verməyə hazır olan ölkə hansıdır?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Amerikalılar İranda üç nöqtəyə gecə zərbəsi endirməklə nəyə nail oldular?... Bir sıra ölkələr İranı birbaşa nüvə silahı ilə təmin etməyə hazırdır".

Bunu iki gün öncə Rusiyanın sabiq prezidenti, hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev öz sosial şəbəkə hesabında yazmışdı.

Çoxları Medvedevin “növbəti sərsəm açıqlaması”na ciddi yanaşmasa da, gözlənilmədən ABŞ Prezidenti Donald Tramp bu paylaşıma xüsusi diqqət ayırıb və ona kəskin cavab verib. Trampın Medvedevə reksiya verməsi, indiyə qədər qeyri-adekvat və içi boş paylaşımlarla ad çıxarmış Rusiya Təhlükəsizlik Şurası katibi müavininin ilk “böyük uğuru” hesab edilə bilər. Çünki nəhayət, daimi istehza mənbəyi olan Medvedevə bu qədər yüksək səviyyədə “diqqət yetirən” oldu…

Tramp Mevedevə bu cür məsuliyyətsiz və təxribatçı bəyanata görə, bir növ “qulaqburması” verib: “Rusiyanın sabiq prezidenti Medvedevin təsadüfən bir söz dediyini, onun və digər dövlətlərin İrana nüvə başlıqları verəcəklərini dediyinimi eşitdim. Doğrudanmı o, bunu deyib? Yoxsa bu, mənim təxəyyülümün məhsuludur? Əgər deyib və bu təsdiqlənibsə, lütfən, dərhal mənə bildirin. Bu cür sözə o qədər də yüngül yanaşmaq olmaz”.

Trampın bu reaksiyası əlbəttə ki, təsadüfi deyil. Çünki Medvedevin “bir sıra ölkələr İranı birbaşa nüvə silahı ilə təmin etməyə hazırdır" deyərkən, ilk növbədə Rusiyanı nəzərdə tutduğu və bununla Qərbi təhdid etdiyi şübhə doğurmur. Medvedev nə öz statusu, nə də siyasi çapı ilə hansısa başqa nüvə dövlətinin İrana nüvə ötürmək planından çətin ki, xəbərdar ola bilər. Deməli, söhbət Rusiyadan gedir və bununla sabiq Rusiya prezidenti bir növ ABŞ-yə xəbərdarlıq etmək istəyib.

Lakin Trampın cavab reaksiyasından sonra “boyundan hündürə tullanmaq” istəyən Medvedev dərhal “geri verib”. Medvedev Rusiyanın İrana nüvə silahı vermək niyyətində olmadığını bəyan edib: “Trampın narahatlığına gəlincə – mən ABŞ-nin İrana zərbəsini pisləyirəm, çünki bu zərbə öz məqsədinə çatmadı. Amma Rusiya İrana nüvə başlıqları ötürməyəcək, çünki biz İsraildən fərqli olaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıyıq”.

O həmçinin əlavə edib ki, əvvəlki açıqlamasında Rusiyanı yox, “başqa ölkələri” nəzərdə tutub: “Başqa dövlətlər fərqli davrana bilər – mənim dediyim də məhz bu idi".

Bir növ “bağışlayın, məni düz başa düşməmisiniz” kimi tərcümə olunan bu açıqlamaya rəğmən, Medvedevin məhz Rusiyanı nəzərdə tutduğunu Tramp da yaxşı bilir.

Onu da qeyd edək ki, Medvedev “bu zərbə öz məqsədinə çatmadı” deməklə, Trampın və İsrailin bəyanatlarına baxmayaraq, İranın nüvə zənginləşdirilməsi proqramının zərər görmədiyini iddia edir. Bu da onun üçündür ki, İran nə vaxtsa nüvə silahına sahiblənsə, bunun Rusiya sayəsində yox, İranın özünün “ABŞ-nin dağıda bilmədiyi” obyektlərdə zənginləşdirdiyi uranla ərsəyə gətirdiyi deyilsin.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri