Tramp mis idxalına 50 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqladı
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında iqtisadiyyatla bağlı açıqlamalar verib.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp mis idxalına 50 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
Tramp dərman, çips və BRİKS ölkələrinə yeni vergilərin tezliklə elan ediləcəyini bəyan edib.
Dərman tarifləri ilə bağlı tezliklə açıqlama verəcəklərini ifadə edən Tramp, ABŞ-da istehsala başlamaq üçün şirkətlərə 1-1,5 il vaxt verəcəklərini qeyd edib.
"Həmin müddətin sonunda onlar 200 faiz çox, çox yüksək tariflərə tabe olacaqlar" dedi Tramp.
Daha əvvəl polad, alüminium, taxta-şalban və avtomobil kimi sahələrdə sektor tarifləri elan etdiklərini xatırladan Tramp, bu gün mis idxalına gömrük rüsumlarını açıqlayacaqlarını bildirib.
Misa tətbiq edilən tarif dərəcəsi ilə bağlı suala Tramp “Bunu 50 faiz edəcəyik” deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 İyul 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















