ABŞ ağac məmulatlarının idxalına əlavə gömrük rüsumunun tətbiqinə hazırlaşır
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-a idxal olunan ağac məmulatlarına əlavə gömrük rusumu tətbiq edilə bilər.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Prezident Donald Tramp ötən gün ticarət nazirinə ölkənin milli təhlükəsizliyini qorumaq məqsədilə idxal olunan ağac məmulatları ilə əlaqədar araşdırma aparılmasını tapşırıb.
Ticarət Nazirliyi araşdırmanı 270 gün ərzində yekunlaşdırmalıdır. Eyni zamanda Donald Tramp 90 gün ərzində ABŞ-də daxili tədarükü artırmaq üçün dövlət torpaqlarında meşələrdə ağacların yığılmasına icazə verilməsinin asanlaşdırılması üçün yeni addımların atılmasını tapşırıb.
Ticarət müşaviri Piter Navarro deyib ki, aparılacaq araşdırma Kanada, Almaniya və Braziliya kimi ağac məmulatları ixrac edən böyük ixracatçılara qarşı olacaq. Piter Navarro heab edir ki, bu ölkələr ABŞ bazarına belə məmulatları çıxarmaqla ölkənin iqtisadi inkişafına və Milli təhlükəsizliyinə zərbə vurur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:213
Bu xəbər 02 Mart 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















