Tramp müharibənin uzanmasına görə Zelenskini ittiham edir
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp bildirib ki, potensial sülh sazişinə mane olan tərəf Rusiya deyil, Ukraynadır.
Reyting.az xəbər verir ki, Donald Tramp “Reuters” agentliyinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin müharibəni bitirməyə hazır olduğunu iddia edib.
“Düşünürəm ki, o, razılaşmaya hazırdır”, - Tramp Putin barədə deyib. “Hesab edirəm ki, Ukrayna razılaşmaya daha az hazırdır”.
ABŞ-ın liderliyi ilə aparılan danışıqların İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük quru münaqişəsinə niyə son qoya bilmədiyi soruşulduqda, Tramp qısa şəkildə “Zelenski” cavabını verib.
ABŞ lideri əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenskini bu razılaşmanı dəstəkləməyin vacibliyinə inandırmaq lazımdır.
Ukrayna prezidentinin danışıqlarda niyə gecikdiyini düşündüyü ilə bağlı suala Tramp ətraflı cavab verməyərək, yalnız “Sadəcə düşünürəm ki, o, istədiyini etməkdə çətinlik çəkir”, - deyə bildirib.
Tramp həmçinin qeyd edib ki, Uitkoff və Kuşnerin Moskvaya potensial səfərindən xəbərsizdir. Xatırladaq ki, “Bloomberg” belə bir səfərin gözlənildiyini yazmışdı.
Gələn həftə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda Zelenski ilə görüşüb-görüşməyəcəyi soruşulduqda, Tramp müsbət cavab versə də, hələlik konkret planın olmadığını vurğulayıb.
“Əgər o, orada olsaydı, görüşərdim. Mən orada olacağam”, - deyə Tramp bildirib.
E. KAMAL
Baxış sayı:102
Bu xəbər 15 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















