Icma.az
close
up
RU
Tramp Zelenskini təəccübləndirib

Tramp Zelenskini təəccübləndirib

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın “Fox News” telekanalına müsahibəsində belə deyib.
“Məncə, Tramp indi başa düşür ki, biz sadəcə əraziləri mübadilə edə bilmərik. Bu ədalətsizdir və qeyri-mümkündür”, - Ukrayna lideri bildirib.
Eyni zamanda, o, ABŞ prezidentinin ritorikasının dəyişməsinin onu müəyyən qədər təəccübləndirdiyini vurğulayıb.
Zelenski onu da qeyd edib ki, Kiyev Pekinin münaqişəyə son qoymağa çalışdığına dair heç bir əlamət görmür. Lakin Tramp Çinin sədri Si Cinpinin müharibə ilə bağlı mövqeyinə təsir göstərə biləcək nüfuzlu fiqurdur.
Müsahibədən bir neçə saat əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Zelenski, Çinin döyüşlərə son qoymaq istəsə, Rusiyaya təzyiq göstərə biləcəyini iddia edib.
Lakin Pekin münaqişənin tərəfi olmadığını vurğulayır, lakin bu məsələədn kənarda qalmadığını və münaqişənin həlli üçün diplomatik səylərini davam etdirdiyini bildirir.
Xatırladaq ki, ABŞ prezidenti daha əvvəl sülhaə nail olmaq üçün Kiyevin ərazi güzəştlərinə getməli və sazişə “Ukraynanın xeyrinə” torpaq mübadiləsinin də daxil ola biləcəyi ehtimalını irəli sürmüşdü. Onun iddiasına görə, Moskvanın əlində “kartları” var, Kiyevin isə “yox”.
Lakin Nyu-Yorkda Zelenski ilə görüşdən sonra Tramp “Truth Social” şəbəkəsində maraqlı paylaşım edib: “Ukrayna Avropa İttifaqının (Aİ) dəstəyi ilə itirilmiş ərazilərini geri qaytara və bəlkə də daha da irəli gedə bilər”.
Ağ Evin rəhbəri BMT Baş Assambleyasının iclasındakı çıxışında Aİ-nin analoji addımlar atması şərti ilə münaqişənin həllində irəliləyiş olmadığı təqdirdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bir daha diqqətə çatdırıb.
Moskva, öz növbəsində, ərazi mübadiləsi ideyasının nəzərdən keçirilmədiyini iddia edir. Kreml hələ fevral ayında belə təkliflərin heç vaxt müzakirə olunmadığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri