Icma.az
close
up
RU
Tramp münaqişələrin üstünə benzin yox, su səpəcək Politoloqdan PROQNOZ

Tramp münaqişələrin üstünə benzin yox, su səpəcək Politoloqdan PROQNOZ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Həyatının çox hissəsini tikinti biznesinə, onun inkişafına həsr edən bir tərtibatçının məqsədi gəlirli aktivlər yaratmaq və əldə etməkdir, onları məhv etmək yox. Aktiv biznes, satınalma yolu ilə əldə edilə bilən gəlirlər, hətta aqressiv sövdələşməyə razı olur ki, onu tamamilə yerlə-yeksan etməkdən uzaq davranır. Vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio da tələsik yox, ideoloji loyallığı nəzərə alınaraq əvvəlcədən, diqqətlə seçilib. Hər halda söhbət supergücdən və onun hiperaktivliyi ilə məşhur olan rəhbərindən gedir, deməli, qarşıdakı dönəmdə dinamik siyasətin şahidi olacağıq". 

Bu fikirləri Redaktor.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova ABŞ Prezidenti Donald Trampın fəaliyyətini şərh edərkən dedi. Onun sözlərinə görə, Tramp Amerikanı daha təhlükəsiz dövlətə çevirmək istəyir:

"Dünyanın gözü okeanın o tayındadır. Bu məqamda ABŞ-nin 72-ci dövlət katibi Marko Rubio supergücün yürüdəcəyi siyasətlə bağlı aydın istiqamətlər verdi. Rubio bildirir ki, Tramp milli maraqları Amerikanın xarici siyasətinin rəhbər missiyasına çevirmək üçün onun qarşısında konkret istiqamətlər müəyyənləşdirib. Belə ki, yürüdülən siyasət xərclənən hər dolları, maliyyələşdirilən hər bir proqramı və həyata keçirilən hər bir siyasəti “Amerikanı daha təhlükəsiz, daha güclü, daha firavan edirmi?” sualı ilə əsaslandırmalıdır. ÜST kimi qurumlar da olmaqla dövlət büdcəsindən ayrılan yardımların dayandırılması buna zaman itirmədən start verildiyindən xəbər verir. Yeni katib bəzi prioritetlərin dəyişdirilməsini, bəzi məsələlərə diqqətin azaldılmasını və bəzi təcrübələrin aradan qaldırılmasını da vurğulayır. Elə burada Bayden administrasiyasından qalan qayda və qanunlarda fundamental dəyişikliklərin olacağı nəinki aydın olur, həm də o öz təsdiqini tapır ki, Bayden və Blinken cütlüyü siyasəti, maddi və qeyri-maddi resursları yanlış istiqamətdə göyə sovururdu. Axı Tramp inaqurasiyada ABŞ-nin “Qızıl çağ”ının başladığını dedi. Kütləvi miqrasiya ilə bağlı Trampın vizyonu bəllidir. O, bu prosesi asanlaşdıran və ya təşviq edən heç bir addım atmayacaqlarını, əksinə digər ölkələr, xüsusən də Qərb yarımkürəsində diplomatik əlaqələri artıracaqlarını bildirir". 

Politoloqun fikrincə, ABŞ-də Ukraynaya dəstək siyasəti ilə bağlı fikir ayrılıqları artır və ölkədə sosium büdcə vəsaitlərinin əsasən daxili problemlərin həllinə yönəldilməsini tələb edir.

"Buna görə də yeni administrasiya daxildə parçalanma yaradan siyasi və mədəni motivlərdən imtinanı nəzərdə tutur. Prezident İlham Əliyev də bildirmişdi ki, ənənəvi cəmiyyət tərəfdarı olanların sayı qayıqda azdır. Tramp da belə sosiumun olacağı ilə bağlı konkret qərar qəbul etdi ki, cəmiyyət kişi və qadın olmaqla iki cinsdən ibarət olacaq. Rubio həm də diplomatiyanın əsaslarına qayıtmağın vacibliyindən bəhs edir və vurğulayır ki, əsas milli maraqları həyata keçirmək üçün başqa ölkələrlə əməkdaşlıqda praqmatik xarici siyasət aparılmalıdır. Zənn edirəm ki, Blinkenin yanlışlarını silmək üçün zaman tələb olunacaqsa, bu o qədər də mürəkkəb olmayacaq. Hər halda tarixə bəlkə də ən çox Bayden administrasiyası düşdü ki, ABŞ-nin “sağ göstərib, sol vuran tərəf” olduğunu inadla sübuta yetirməyə çalışsınlar. “Fake news” məsələsi ilə bağlı Trampın yanaşması, istifadə etdiyi ritorika, hətta çəkdiyi əziyyət də bəllidir. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə müxtəlif kürsülər vasitəsilə dilə gətirib. Məhz buna görədir ki, ABŞ-nin yeni administrasiyası senzuradan və informasiyanın sıxışdırılmasından əl çəkməyin əhəmiyyəti üzərində dayanır və zərərli təbliğatla mübarizə səylərini, həqiqəti prioritet olaraq bərpa etməyin vacibliyini qeyd edir. Bunu etməkdə məqsəd Amerikanın sözdə deyil, əməldə böyük və ədalətli bir ölkə olduğunu, digər insanların hüquq və mənafelərinə hörmətlə yanaşmağı əsas həqiqi rəhbər tutduğunu bildirmələridirsə, deməli, Bayden administrasiyasından ilişib-qalan mənfi imicin bərpası nəzərdə tutulur. Amerikanı zəiflədən iqlim siyasətinə son qoymaq da əsas hədəflərdən biridir. Amerikanın enerji üstünlüyünü bərpa etmək vədini yerinə yetirmək üçün diplomatiyadan istifadə ediləcəyi isə Tramp administrasiyasının atacağı addımlarda müharibə və münaqişələrin üstünə benzin tökmək deyil, su səpməyin olacağını proqnozlaşdırmağa ciddi əsas verir. Digər ciddi əsas isə daha realdır. Belə ki, ABŞ Prezidentinin həqiqətən də silahlı münaqişələri sevmədiyi əslində pasifizmlə bağlı deyil", - deyə Şəbnəm Həsənova qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri