Icma.az
close
up
RU
Lokal müharibələrin sayı artacaq Politoloqdan həyəcanlı proqnoz

Lokal müharibələrin sayı artacaq Politoloqdan həyəcanlı proqnoz

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Rusiya-Ukrayna müharibəsi ilə başlayan qlobal qarşıdurmalar dalğası tədricən dünyanın müxtəlif regionlarına yayılır. Yaxın Şərqdə, Afrikada, Asiyada bir sıra münaqişələr, regional savaşlar və silahlı toqquşmalar baş verib. Son olaraq, Kamboca ilə Tayland arasında baş verən silahlı insident də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə dünyada siyasi nizamın pozulduğunu və yeni güc mərkəzlərinin formalaşdığını bildirib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə bərabər dünyada əvvəlki siyasi nizam çöküb:


“Rusiyanın Ukraynaya hücumu ilə beynəlxalq nizam alt-üst oldu. Soyuq müharibədən sonra müəyyən sabitlik dövrü yaşanırdı, lakin indi bu sabitlik yerini qarşıdurmalara və müharibələrə verib”.


Politoloqun fikrincə, Çin və Rusiya kimi ölkələrin regional və qlobal hegemonluq iddiaları, ABŞ-nin Sakit okean hövzəsindəki təsirini artırmaq cəhdləri, habelə NATO-nun fəallığının artması yeni qarşıdurmaların əsas səbəbləridir:


“Dünyada yeni güc bölgüsü formalaşır. Çin öz təsir zonasını genişləndirmək istəyir, ABŞ və müttəfiqləri isə buna qarşıdırlar. Bunun nəticəsində müxtəlif regionlarda silahlı toqquşmalar yaranır. Çin yarımadasında yaşanan gərginliklər, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar, Yəməndə Husilərin İsrailə qarşı hərəkətləri, Tayland-Kamboca qarşıdurması da bu prosesin hissələridir”.


Ekspert həmçinin qeyd edib ki, böyük güclər artıq sadəcə təsir dairələrini genişləndirməklə kifayətlənmirlər, bəzi əraziləri ilhaq etmək niyyətindədirlər:
“ABŞ-nin Qrenlandiyanı və Panamanı nəzarətə götürmək istəməsi, bu istiqamətdə diplomatik və hərbi hazırlıqları aparması onu göstərir ki, super güclər yeni siyasi düzəni zorla formalaşdırmaq istəyirlər”.


Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə daha çox lokal və regional müharibələrin baş verməsi istisna deyil. Onun sözlərinə görə, dünyada hazırda müşahidə edilən proseslər köhnə siyasi nizamın süqutunun və yeni dünya düzəninin doğuşunun göstəricisidir.


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 İyul 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri