Icma.az
close
up
RU
Статья не опубликована
Tramp müttəfiqlərindən danışmadı

Tramp müttəfiqlərindən danışmadı

Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Donald Tramp dünyanın super gücü ABŞ-nin 47-ci prezidenti kimi fəaliyyətə başladı. Onun prezidentliyi ölkəsinə və dünyaya nə vəd edir?

- Trampın Putinin adamı olması deyilir. Onun qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsi də bu ehtimalı gücləndirir. Andiçmə mərasimində və ondan öncə tərəfdarları qarşısında çıxış edən Tramp dünyada ABŞ-nin nüfuzunu qaldıracağını söylədi, amma ölkəsinin müttəfiqləri, tərəfdaşları ilə gələcək əməkdaşlığı barədə bir kəlmə belə söyləmədi. O, çox yaxşı vədlər də verdi. Güclü iqtisadiyyat, yeni iş yerləri, vergilərin azaldılması, cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, güclü ordu quruculuğu, ölkədə qanunun aliliyinin təmin edilməsi, bürokratik dövlət aparatının kiçildilməsi və s. Onun çıxışında ölkəmizin maraqlarına toxunan əsas məsələ neftin qiymətini aşağı salacağı barədə verdiyi vəddir. Çünki ölkəmizin iqtisadiyyatı neft gəlirlərindən çox asılıdır. Tramp enerji daşıyıcılarını satmaqla və idxal rüsumlarını artırmaqla iqtisadiyyatı gücləndirmək istədiyini bəyan etdi. Amma fərqində deyil ki, ABŞ-nin ixrac etdiyi məhsullara da ticarət tərəfdaşları tərəfindən idxal rüsumları qarşılıqlı olaraq artırılacaq. O, 3-cü dünya müharibəsinə yol verməyəcəyini vəd edir. Bu, kiçik dövlətləri ərazi güzəştlərinə getməyə məcbur etmək hesabına olacaqsa, ABŞ-nin beynəlxalq nüfuzu nəinki artmayacaq, əksi baş verəcək. ABŞ-nin müttəfiqlərsiz, təkbaşına Çinlə mübarizəsi onun məğlubiyyəti ilə nəticələnəcək. Çin Tayvan üzərində dövlət suverenliyini bərpa edəcək. Tramp Panamaya hərbi müdaxilə edərsə, müttəfiqləri və qonşuları ilə ticarət müharibəsinə başlayarsa, bu, ABŞ-nin təklənməsinə səbəb olacaq.

ABŞ-də siyasi isteblişmentin korrupsiyalaşmasından, mütəşəkkil cinayətkarlığın tüğyan etməsindən, təhlükəsizliyin və qanunun aliliyinin bərpa olunmasının zəruriliyindən danışan Tramp bunun qarşılığında ABŞ-də gözəl polisin olmasından danışdı, polisi təriflədi, ona dəstək olacağını söylədi. Amma polis zorakılığından, bu sahədə aparılmalı olan islahatlardan bir kəlmə belə danışmadı. Yeri gəlmişkən, mətbuatda dərc olunmuş statistik məlumatlara görə ABŞ-də 2024-cü ildə polis tərəfindən 1361 adam öldürülüb, öldürülən qaradərililərin sayı ağlardan 2.8 dəfə çox olub. 2024-cü ildə yalnız 11 gündə polis tərəfindən adam öldürülməyib. Hər il polis tərəfindən öldürülənlərin sayı artmaqdadır. 616 halda cinayət hadisəsi baş vermədən polis adam güllələyib. 152 halda yol hərəkəti qaydalarını pozmağa görə sürücülər öldürülüb, bu zaman 48 halda polis hərəkətdə olan avtomobilə atəş açıb. Öldürülən 69 nəfər silahsız olub. Yalnız 9 halda polis əməkdaşları məsuliyyətə cəlb olunub.

ABŞ-də bütün çatşmazlıqlarla yanaşı güclü dövlət institutları, hakimiyyət bölgüsü, güclü mətbuat və siyasi müxalifət var. Tramp demokratik dəyərlərdən imtina edib beynəlxalq nizamı pozsa və ölkəsinə ziyan vurmağa başlasa, bu, onun üçün yaxşı sonuclanmayacaq.

Biz arzu edirik ki, o həm dünya, həm də öz ölkəsi üçün uğurlu lider olsun. Bizə Ermənistanla sülh sazişinin imzalanmasında kömək etsin, İran və Rusiya ilə anlaşsın, Türkiyəyə, müttəfiqlərinə güvənsin, regionda sülhə töhfə versin. Ukrayna ilə Rusiya arasında ədalətli sülhə nail olsun. ABŞ dünyanın super gücüdür, ona ədalətli, müdrik və cəsarətli bir insan rəhbərlik etsə beynəlxalq birlik bundan faydalanar. Biz istərdik ki, ABŞ beynəlxalq hüququn və dünyada sülhün, ədalətin təminatçısı kimi çıxış etsin. Tramp İsraillə HƏMAS arasında atəşkəsə nail olmaqla ilk uğura imza atdı, bu sevindiricidir, ona daha böyük uğurlar arzu edirik.

- Qüdrət bəy, dünən AXCP Şəhidlər Xiyabanını ziyarət edərkən yenə də şəhidlərə hörmət qoyulmadığını, onlara maneələr yaradıldığını bəyan etdi. Bu məsələyə də münasibətinizi bilmək istərdik...

- Kiməsə haqq qazandırmaq fikrindən çoz uzağam, amma adama deyərlər, bəs sən necə, şəhidlərimizə hörmət qoyursanmı? Hər il eyni problemlə üzləşirsənsə, ziyarətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışma. Bir neçə nəfərlə Xiyabanı ziyarət et, qalan tərəfdarların da ailə üzvləri ilə birlikdə nə vaxt istəyir, o vaxt getsin ziyarətə. Əgər iqtidara çoxsaylı tərəfdarlarının olmasını nümayiş etdirmək istəyirsənsə, hər gün nəyəsə etiraz edirsən, o məsələlərdən birinə görə etiraz aksiyası keçir. Yox, etiraz aksiyasına icazə verilməyəcəyini iddia edəcəksənsə, icazəsiz aksiya zamanı özünün və tərəfdarlarının tutulacağından çəkinirsənsə, onda gərək şəhidlərin qəbrini ziyarət etməkdən də siyasi məqsədlər üçün istifadə etməyi özünə rəva bilməyəsən.

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Yanvar 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri