Tramp Netanyahunun İrana hücum planını dayandırıb
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 10-da İrana genişmiqyaslı hava hücumları həyata keçirməyi planlaşdırsa da, ABŞ Prezidenti Donald Trampın etirazından sonra əməliyyat təxirə salınıb.
“Cebheinfo.az” xəbər verir ki, “Financial Times” qəzeti bu barədə məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, Netanyahunun planına qarşı çıxan ABŞ Prezidenti Donald Tramp ABŞ-də yaxınlaşan aralıq seçkilərdən əvvəl hücumların yenidən başlanmaması barədə qərar verib. Mənbələrin bildirdiyinə görə, İsrail ordusunun planlaşdırdığı hücumlar ABŞ və İsrailin fevral ayında İrana qarşı həyata keçirdiyi zərbələrdən daha intensiv olmalı idi.
Həmçinin İsrailin daha əvvəl hədəf alınmamış mülki infrastruktur obyektlərini də əhatə edən yeni hədəf siyahısı hazırladığı bildirilir.
Netanyahu isə İrana qarşı mümkün yeni hücumlarla bağlı Tramp ilə oktyabrın 18-i də daxil olmaqla, bir neçə dəfə müzakirə apardığını açıqlamışdı.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 Oktyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















