Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Hasan Oktay: Türkiyə Tramp və Netanyahunun İran planını pozdu

Hasan Oktay: Türkiyə Tramp və Netanyahunun İran planını pozdu

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarla yanaşı, ölkə daxilindəki etnik ünsürlər üzərindən də planlar qurduğu barədə iddiaları regiondakı geosiyasi müzakirələri yenidən alovlandırıb. Əraqçinin Türkiyənin diplomatik təşəbbüslərinin bu ssenarinin qarşısını aldığını bildirməsi Ankara-Tehran münasibətlərinin təhlükəsizlik aspektini də yenidən gündəmə gətirib. Səsləndirilən iddialar region ölkələri arasında etimad, sərhəd təhlükəsizliyi və mümkün geosiyasi risklərlə bağlı yeni suallar yaradıb.ABŞ və İsrailin İranda etnik qruplar vasitəsilə təsir göstərməyə çalışdığına dair iddialar regionun təhlükəsizlik balansına və ölkələrin daxili sabitliyinə necə təsir göstərə bilər?Türkiyənin bu prosesdə vasitəçi və ssenarinin qarşısını alan əsas aktor kimi ön plana çıxması Ankara-Tehran münasibətlərində yeni strateji dövrün başlanğıcı kimi qiymətləndirilə bilərmi, yoxsa bu vəziyyət yalnız müəyyən böhran dövrünə xas taktiki əməkdaşlıq nümunəsi kimi dəyərləndirilməlidir?

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bildirib ki, ABŞ və İsrailin İran daxilindəki etnik ünsürlər (türklər, kürdlər, bəluclar, ərəblər və s.) üzərindən strategiya izlədiyi iddiaları Tehran rəhbərliyi tərəfindən dövlətin varlığı (beka) məsələsi kimi qəbul olunur.

Onun sözlərinə görə, bu cür ssenarilərin regional təhlükəsizliyə və daxili sabitliyə potensial təsirləri bir neçə istiqamətdə özünü göstərə bilər.

Hasan Oktay deyib ki, İran çoxmillətli və etnik baxımdan son dərəcə həssas demoqrafik quruluşa malikdir: “Xarici müdaxilələr və ya təxribatlar ölkə daxilində etnik qarşıdurmaları alovlandıra bilər. Bu isə qaçqın axınına və iqtisadi çöküşə səbəb olaraq bütün Yaxın Şərqi sarsıda biləcək genişmiqyaslı qeyri-sabitlik dalğası yarada bilər”.

Siyasi analitik bildirib ki, İranın zəifləməsi və ya parçalanma ssenarisi ilə üzləşməsi qonşu ölkələrin, xüsusilə Türkiyə, İraq və Pakistanın sərhəd təhlükəsizliyini birbaşa təhdid edir.

“Sərhəd bölgələrində yarana biləcək hakimiyyət boşluğu silahlı qruplaşmaların və radikal strukturların həmin ərazilərdən baza kimi istifadə etməsinə zəmin yarada bilər. Türkiyə və İraq kimi qonşu ölkələrdə də oxşar etnik qohumluq əlaqələrinə malik icmaların mövcudluğu İranda baş verə biləcək etnik çalxantıların həmin ölkələrə də sıçraması riskini artırır. Bu isə region dövlətlərini ortaq təhlükə qavrayışı ətrafında birləşdirə bilər”-deyə şərhçi bildirib.

Onun sözlərinə görə, Türkiyənin diplomatik təşəbbüsləri ilə bu ssenarilərin qarşısının alınmasında rol oynaması Ankara-Tehran xəttindəki əməkdaşlığın mahiyyəti ilə bağlı iki fərqli yanaşmanı ön plana çıxarır.

Hasan Oktay deyib ki, birinci yanaşmaya görə, Türkiyənin İranın ərazi bütövlüyünü müdafiə edən, mümkün xarici müdaxilə və ya daxili qarşıdurmanın qarşısını almağa çalışan diplomatik səyləri uzunmüddətli strateji düşüncənin məhsuludur.

“Ankara İranın çökməsinin və ya xaosa sürüklənməsinin Türkiyəyə milyardlarla dollarlıq iqtisadi yük, milyonlarla qaçqın və ciddi təhlükəsizlik təhdidi kimi qayıdacağını çox yaxşı bilir. Buna görə də Türkiyənin vasitəçiliyi təkcə qonşuluq münasibətlərindən deyil, regional sabitliyin qorunmasına yönəlmiş davamlı strateji baxışdan irəli gəlir”-deyə o vurğulayıb.

Siyasi analitik bildirib ki, digər yanaşmaya görə isə Ankara ilə Tehran arasında əməkdaşlıq daha çox böhranların idarə olunmasına hesablanmış taktiki xarakter daşıyır: “Hər iki ölkə Suriya, Qafqaz və digər istiqamətlərdə dərin geosiyasi rəqabət aparsa da, ABŞ və İsrail mərkəzli ortaq təhlükə qavrayışı yarandıqda praqmatik əməkdaşlıq nümayiş etdirirlər. Lakin bu əməkdaşlıq struktur xarakterli rəqabətin və qarşılıqlı etimadsızlığın aradan qalxdığı anlamına gəlmir.

Hasan Oktay bildirib ki, Türkiyənin bu prosesdə nümayiş etdirdiyi konstruktiv mövqe İranın gözündə Ankaranın çəkisini və etibarlılığını artırır. Bununla belə, onun sözlərinə görə, iki paytaxt arasında münasibətlərin strateji tərəfdaşlığa çevrilməsi Tehranın regional vəkil qüvvələr siyasətində, eləcə də nüvə və təhlükəsizlik sahəsindəki seçimlərində köklü dəyişiklik edib-etməyəcəyindən asılı olacaq.

Ekspert deyib ki, Türkiyə İran coğrafiyasını Türküstan ilə Anadolu arasında keçid coğrafiyası kimi qiymətləndirir. Ankara bu ərazidə yaranacaq qeyri-sabitlik və təhlükəsizliksiz mühitin Anadoluya da sirayət edəcəyini çox yaxşı bilir. Məhz buna görə də Türkiyə İranın İraq və ya Suriya kimi bir xaosa sürüklənməsinə qətiyyən imkan verməyəcək.

Hasan Oktay əlavə edib ki, Donald Tramp və Benyamin Netanyahunun İran məsələsində kürd kartından istifadə etmək üçün hərəkətə keçdiyi dövrdə Türkiyə bu cəhdi də təsirsiz hala gətirmişdi.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyul 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri