Tramp: “Nəticələr arasında böyük fərq olacaq” Yeni Çağ Media
Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, Florida ştatının Uest Palm Biç şəhərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada seçkilərin ədalətli keçirildiyi təqdirdə, nəticələri qəbul edəcək ilk şəxs olacağını bildirib.
Yenicag.az-ın məlumatına görə, Tramp seçkilərdə qalib gələcəyinə inandığını vurğulayıb: “Eşitmişəm ki, biz yaxşı irəliləyirik. Nəticələr arasında böyük fərq olacaq,” – deyən namizəd öz seçki kampaniyasının ABŞ tarixində ən uğurlu kampaniyalardan biri olduğunu qeyd edib.
Tramp, seçki nəticələrindən sonra tərəfdarlarına zorakılığa əl atmamaq barədə çağırış edib-etməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Heç kəsə heç nə deməyəcəm, çünki heç bir zorakılıq olmayacaq. Məni dəstəkləyənlər zorakı insanlar deyil”.
Tramp əlavə edib: “Biz böyük ölkəyik, lakin ölkəmiz çətin vəziyyətdədir. Bütün bunları düzəltməliyik”./Trend/
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Noyabr 2024 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















