Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Planetlərin böyük paradı” olacaq Yeni Çağ Media

“Planetlərin böyük paradı” olacaq Yeni Çağ Media

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar, fevral və avqust aylarında “planetlərin paradı” kimi tanınan nadir astronomik hadisə müşahidə olunacaq.

Bu barədə Yenicag.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Hadisə zamanı bir neçə planet səmada ardıcıl sıralanır və Yerdən eyni vaxtda görünür.

“Planetlərin paradı” – Günəş sistemindəki bütün və ya bəzi planetlərin Günəşdən bir tərəfdə, kiçik bir sektorda yerləşməsi ilə baş verən astronomik hadisədir. Bu zaman planetlər səmada bir-birinə nisbətən yaxın görünür və hətta bir xətt boyunca düzüldüyü təsiri yaranır. Lakin bunu tam mənası ilə başa düşmək doğru olmaz, çünki Günəş sistemindəki planetlərin hamısı eyni müstəvidə deyil, ekliptika yaxınlığında fərqli müstəvilərdə, müxtəlif orbitlərdə fırlanır. Buna görə də planetlərin tam bir xətt boyunca düzülməsi mümkün deyil.

Hadisə zamanı Günəşdən bir tərəfdə dörd planet bir sektorda düzülərsə, bu, kiçik parad adlanır. Altı planet düzülərsə, böyük parad, bütün planetlər bir sırada olduqda isə tam parad hesab edilir. Üç planetin bir-birinə yaxınlaşdığı mini-parad ildə bir neçə dəfə, dörd planetin yaxınlaşdığı kiçik parad ildə bir dəfə, beş və ya altı planetin iştirak etdiyi böyük parad isə hər 20 ildən bir baş verir. Tam planet paradı isə olduqca nadir hallarda – təxminən 170-180 ildən bir müşahidə olunur.

2025-ci ildə müşahidə olunacaq “planetlərin böyük paradları”:

21 yanvar 2025-ci il: Axşamdan Günəş batan kimi 6 planet – Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

28 fevral 2025-ci il: Axşamdan Günəş batan kimi 7 planet – Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun planetləri Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars.

11 avqust 2025-ci il: Səhər saatlarında 6 planeti – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptunu Yerdən eyni vaxtda görmək mümkün olacaq.

“Planetlərin paradı” tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir. Bu cür hadisələr astronomiyaya olan marağı artırır və gecə səmasını daha da gözəlləşdirir.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri