Icma.az
close
up
RU
Tramp ona gəlir gətirən məşhur iş adamını əfv edib

Tramp ona gəlir gətirən məşhur iş adamını əfv edib

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


ABŞ prezidenti Donald Trampın dünyada ən böyük kriptobirja sayılan "Binance"in qurucusu olan Çanpən Çjaonu əfv etməsi barədə məlumat yayılıb.
Reyting.az
xəbər verir ki, bu barədə "The Wall Street Journal" etibarlı mənbələrinə istinadla yazıb.
"Binance" kriptobirjası 2017-ci ildə təsis olunub və bu nəhəng şirkətin dünya üzrə 120 milyondan çox istifadəçisi var.
Məlumata görə, hətta Tramp oktyabrın 22-də əfv fərmanı imzalayıb.
Yayılmış xəbəri təkzib etməyən Ağ evin mətbuat katibi bildirib ki, ABŞ prezidenti əslində, "konstitusion hüququndan istifadə edib".
Ağ evin sözçüsü vurğulayıb ki, Bayden administrasiyasının təşəbbüsü ilə başladılmış "kriptovalyutaya qarşı savaş" çərçivəsində təqib olunan Çjaonu Tramp əfvlə azad edib.
Nəşr yazır ki, bu əfv "Binance"nin, eləcə də onun sahibinin tezliklə ABŞ bazarına qayıtmasının yolunu aça bilər.
Nəşr daha sonra xatırladır ki, 2023-cü ildə dünya şöhrətli şirkət böyük məbləğdə pulların yuyulmasına qarşı qanunları pozduğunu etiraf etmiş və qanunsuz əməllərinə görə onun ABŞ-da biznes fəaliyyətinə qadağa qoyulmuşdu.
Qeyd olunur ki, ümumiyyətlə, "Binance" şirkəti öz rəhbəri Çjaonun əfv olunması üçün təxminən bir ildir lobbiçilik işləri aparırdı.
2024-cü ilin mayında məhkəmə Çanpən Çjaonu qanunsuz pulların yuyulması ilə ABŞ qanunlarını pozmaqda təqsirli bilmiş və məhkəmənin qərarı əsasında o 4 aylıq həbs cəzasına məhkum edilmiş, həmçinin dünyanın ən böyük birjasına 4,3 milyard dollarlıq rekord məbləğdə cərimə tətbiq olunmuşdu. Çjaonun 4 aylıq həbsi artıq başa çatıb və sentyabr ayından azadlığa çıxıb.
Donald Tramp ABŞ prezidenti seçildikdən sonra dünyanın ən nəhəng birjası hesab edilən "Binance" şirkəti Ağ ev sahibinin ailəsinə məxsus "World Liberty Financial" kriptolayihəsinin əsas tərəfdarlarından birinə çevrilib. Bu layihə son bir il ərzində ABŞ prezidentinə, eyni zamanda da onun ailəsinə daşınmaz əmlakdan da daha çox gəlir gətirib.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri