Icma.az
close
up
RU
Tramp ona qarşı ittihamlar irəli sürən prokurorlar qrupunu işdən çıxarmaq istəyir

Tramp ona qarşı ittihamlar irəli sürən prokurorlar qrupunu işdən çıxarmaq istəyir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp respublikaçıya qarşı işə rəhbərlik edən xüsusi prokuror Cek Smitin komandasının bütün üzvlərini işdən çıxarmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” (WP) öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumat verən mənbələrin sözlərinə görə, adətən bu cür siyasi tədbirlərdən qorunan onlarla karyeralı hüquqşünas, FTB və Ədliyyə Departamentinin əməkdaşı işdən çıxarılacaq. Trampın onları nə qədər tez işdən çıxara biləcəyi bəlli deyil. Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Tramp 2020-ci il prezident seçkilərində saxtakarlığa dair sübutların axtarışı üçün Ədliyyə Departamentində təhqiqat qrupları yaratmağı da planlaşdırır.

Qəzetin qeyd etdiyi kimi, dövlət ittihamçılarının iştirakı ilə belə qrupların yaradılması ideyası o qədər də yaxşı işlənməyib və seçilmiş prezidentin tez-tez bəyan edib ki, Ədliyyə Nazirliyinin özündə asayişi bərpa etmək gərəkdir.

2023-cü ilin avqustunda xüsusi prokuror Smit Trampa qarşı dörd maddə üzrə ittiham elan edib. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamağa cəhddə ittiham olunurdu. Trampa qarşı irəli sürülən cinayətlərin ən ağırı üçün maksimum cəza 20 il həbs olub.

Noyabrın 5-də keçirilən seçkilərdə Tramp Demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Bundan əlavə, respublikaçılar ABŞ Senatına nəzarəti ələ keçirə biliblər. Onlar Nümayəndələr Palatasında da çoxluğa malikdirlər. Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə keçiriləcək.

Bundan əvvəl “The New York Times” yazıb ki, Smit ABŞ-ın yeni seçilmiş prezidenti vəzifəyə başlamazdan əvvəl öz işini başa çatdırmağı və vəzifəsini tərk etməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri