Tramp Ontario Miçiqan körpüsünün açılmasına icazə vermir
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ dövlət başçısı Donald Tramp bəyan edib ki, rəsmi Ottava Vaşinqtona strukturun mülkiyyət hüququnun 50 faizini təhvil verməyənə qədər Ontario ilə Miçiqanı birləşdirən körpü istifadəyə verilməyəcək.
Oxu.Az bildirir ki, bu barədə Ağ Ev rəhbəri öz sosial media hesabında paylaşım edib.
"Kanada ABŞ-yə layiq olduğu ədaləti və hörməti göstərənədək həmin körpünün açılışına icazə verməyəcəyəm. Danışıqlara dərhal start verəcəyik. Onlara təqdim etdiklərimizi nəzərə alsaq, bu aktivin ən azı yarısı bizim olmalıdır", - deyə ABŞ prezidenti qeyd edib.
Tramp iki dövlət arasında sözügedən problemin yaranmasına görə ABŞ-nin keçmiş prezidenti Barak Obamanı ittiham edib.
Həmçinin ABŞ prezidenti Kanada hökumətinin Çinlə razılaşma əldə etmək niyyətlərini yenidən tənqid atəşinə tutub. O xəbərdarlıq edib ki, əgər belə bir hal yaşanarsa, Kanadada hokkeyi dayandıra və Stenli Kubokunu birdəfəlik ləğv edə bilər.
Xatırladaq ki, ABŞ lideri daha öncə Ottava və Pekin arasındakı yaxınlaşmaya cavab olaraq, Kanadadan gələn bütün məhsullara 100% gömrük rüsumu tətbiq ediləcəyini elan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 10 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















