Tramp Apple dən Ontario gölünün xəritələrdə adını dəyişməyi xahiş edib
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Apple şirkətinə birbaşa müraciət edərək şirkətin xəritə xidmətində Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini xahiş edib. Bu barədə ABŞ-ın daxili işlər naziri Duqlas Berqam məlumat verib.
Onun sözlərinə görə, prezident şəxsən Apple şirkəti ilə əlaqə saxlayıb. Buna görə də ABŞ administrasiyası yeni adın yaxın zamanda şirkətin xəritələrində görünəcəyini gözləyir.
“Prezident birbaşa Apple ilə əlaqə saxladı. Buna görə də əminəm ki, tezliklə onların gölün adını ‘Amerika gölü’ olaraq dəyişdirdiyini görəcəyik”, – deyə Berqam Fox Business telekanalına müsahibəsində bildirib.
Google Maps daha əvvəl ABŞ-dakı istifadəçilər üçün Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirib.
Tramp gölün adının dəyişdirilməsi ilə bağlı sərəncamı avqustun 27-də imzalayıb və sənəd dərhal qüvvəyə minib. Lakin Vaşinqtonun bu qərarı gölü ABŞ-la bölüşən qonşu Kanada tərəfindən dəstəklənməyib.
Kanadanın Baş naziri Mark Karni xatırladıb ki, “Ontario” adı 400 ildən artıqdır istifadə olunur və ABŞ-ın müstəqillik əldə etməsindən xeyli əvvəl yaranıb. O bildirib ki, Kanada gölü əvvəlki adı ilə adlandırmaqda davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 01 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















