Icma.az
close
up
RU
“Tramp onunla danışanda mən otaqda idim...” “Putinin bunu deməsi böyük uğurdur...”

“Tramp onunla danışanda mən otaqda idim...” “Putinin bunu deməsi böyük uğurdur...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığında iştirak edib.

“AzPolitika” xəbər verir ki, o, bunu “Fox News”-ə müsahibəsində bildirib, müsahibənin tam mətni isə Dövlət Departamentinin saytında yayımlanıb.

Onun sözlərinə görə, tərəflər Rusiya və Ukrayna liderləri səviyyəsində sammitin təşkilini müzakirə ediblər ki, bu da sülh əldə etmək məqsədini daşıyır, daha sonra ABŞ bu prosesə qoşula bilər.

“Bəli, mən Trampla eyni otaqda idim. Və söhbət zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Putini görüşməyə dəvət etdi. Buna görə indi biz onların görüşünü haradasa təşkil etməyə çalışırıq ki, bu da misilsiz hadisə olacaq. Və əgər hər şey yaxşı gedərsə, ümid edirəm ki, növbəti görüş Tramp, Putin və Zelenski arasında olacaq. Ümid edirik ki, bu görüşdə razılaşma əldə ediləcək. Hələ bu məqsədə çatmamışıq, amma məqsədimiz budur. Bu gün müzakirə olunan məsələlərdən biri idi ki, bu məqsədə necə çatmaq olar”, – deyə dövlət katibi bildirib.

Rubio qeyd edib ki, Putinin “Əlbəttə, Zelenski ilə görüşəcəyəm” deməsi artıq böyük bir uğurdur.

“Otaqdan onlar ən yaxşı dost kimi çıxacaq deyə demirəm. Otaqdan sülh razılaşması ilə çıxacaqlarını da demirəm. Amma önəmli olan budur ki, insanlar indi bir-biri ilə danışırlar, bu, son üç il yarım ərzində olmayıb”, - deyə ABŞ diplomatiyasının rəhbəri əlavə edib.

Almaniya Kansleri Fridrix Merz 19 avqustda Vaşinqtonda bildirib ki, Zelenski ilə Putinin danışıqları iki həftə ərzində baş tuta bilər. Zelenski isə həmin gün açıqlayıb ki, ikitərəfli görüşün detalları barədə məlumatı yoxdur.

Putinin köməkçisi Yuri Uşakov isə bu gün TASS xəbər agentliyinə deyib ki, Trampla Putinin söhbəti “səmimi və kifayət qədər konstruktiv xarakter daşıyıb”. Ukrayna və Rusiya tərəflərinin birbaşa danışıqlarda iştirak edən nümayəndələrinin səviyyəsinin artırılması ideyası müzakirə olunub.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Avqust 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri